Rəhman və Rəhim Allahın adı ilə

Uca Allahın Qurani-Kərimdə bildirdiyinə görə göylər və Yer bir kütlə ikən onları bir-birindən ayrıraq yaratmış, yaratdığı gündən axirətə qədər bütün səmanı genişlədərək nəhayət ki, yenidən kitab kimi büküb əvvəlki halına qaytaracaqdır.

Uca Allah səmanın genişlənməsi haqda buyurur:

﴿ وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ ﴾

“Biz göyü qüdrətlə bina etdik və Biz həqiqətən də onu genişləndirməkdəyik”. (“əz-Zariyat” surəsi, 47-ci ayə)

Uca Allaha və onun göndərdiyi peyğəmbərlərə inanmayanlar əsrlər boyunca bu misilsiz kainatın əzəli və əbədi olaraq sabit qaldığını düşünmüşdürlər. Lakin 20-ci əsrin əvvəllərində alimlər kainatın bir kütlədən başlayaraq genişlənməkdə olduğunu kəşf etməyə başladılar.

Belə ki, Nasa öz “Hubble site” adlı saytında kainatın genişlənməsi haqda deyir:

“Təxminən bir əsrdir ki, amerikalı astronom Edvin Habbl 20-ci əsrin bütün astronomiyasını yenidən formalaşdıracaq bu misilsiz kəşfi sayəsində şöhrət qazanmışdır. Habbl, kainatın bütün istiqamətlərdə bərabər şəkildə genişləndiyini bildirmişdir”.

Ətraflı məlumat üçün bax:

Nasa öz rəsmi saytında alimlərin kainatın genişlənməsində ittifaq etmələri haqda deyir:

“Astronomlar Böyük Partlayışdan sonra kosmosun davamlı olaraq genişlənməsində həmfikirdirlər”.

Ətraflı məlumat üçün bax:

ABŞ-ın məşhur “Live Sciense” adlı elmi saytında deyilir:

 

“Təxminən on il sonra başqa bir fizik Edvin Habbl kainatımızın sabit olmadığını, genişləndiyini kəşf etdi. Uzaq qalaktikalardan gələn işıq onların hamısının bir-birindən uzaqlaşdığını göstərdi. Bu kəşf Eynşteyni kosmoloji sabiti öz sahə tənliklərindən çıxarmağa vadar etdi.Çünki genişlənən kainatı izah etməyə artıq ehtiyac yox idi. Eynşteyn sonradan etiraf edib ki, kosmoloji sabiti irəli sürməsi, bəlkə də, onun ən böyük səhvi olub.

1998-ci ildə uzaq məsafədə olan fövqəlnovaların müşahidələri, kainatın sadəcə genişlənmədiyini, həm də genişlənmənin sürətləndiyini göstərdi. Qalaktikalar bir-birindən getdikcə uzaqlaşır, sanki hansısa bilinməyən bir qüvvə cazibə qüvvəsini üstələyir və bu qalaktikaları bir-birindən ayırır”.

Ətraflı məlumat üçün bax:

Nasa öz rəsmi saytında “NASA’s Infrared Observatory Measures Expansion of Universe” (NASA-nın İnfraqırmızı Rəsədxanası Kainatın genişlənməsini ölçür) adlı məqalədə deyir:

“Habbl sabiti 1920-ci illərdə 13,7 milyard il əvvəl Böyük Partlayışdan sonra kainatımızın genişləndiyini sübut edərək dünyanı heyrətləndirən astronom Edvin P.Habblın şərəfinə belə adlandırılıb.1990-cı illərin sonlarında astronomlar genişlənmənin zamanla daha da sürətləndiyini kəşf etdilər”.

Ətraflı məlumat üçün bax:

Dünyanın ən zəngin ensiklopediyasına malik olan Britannica öz saytında “The cosmological expansion” (Kosmoloji genişlənmə) adlı məqalə dərc edərək həqiqətən də kainatın genişləndiyini təsdiq etmişdir.

Ətraflı məlumat üçün bax:

Qeyd edək ki, “Uzaq fövqəlnovaların müşahidələri vasitəsilə kainatın sürətlə genişlənməsinin kəşfinə görə» Saul Perlmutter, Brayan Şmidt və Adam Riess 2011-ci ildə Nobel mükafatına layiq görülərək 10 milyon $ əldə etmişdirlər.

Nasa-nın “Expanding the Universe” (Kainatın genişlənməsi) adı altında paylaşdığı fotonu sizlərə təqdim edirik.

Əziz izləyicilər, keçən elmi araşdırmalardan aydın oldu ki, Uca Allahın söylədiyi kimi kainat davamlı olaraq genişlənməkdədir və onun sabit olmasını dəstəkləyən Eynişteyn nəzəriyyəsi isə səhvdir.

Əlbəttə ki, elmin inkişaf etmədiyi dövrdə belə bir həqiqəti deyən Qurani-Kərim şübhəsiz ki, Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) Uca Allah tərəfindən nazil edilmişdir.

Uca Allah buyurur:

﴿ وَبِالْحَقِّ أَنزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ وَمَا أَرْسَلْنَاكَ إِلاَّ مُبَشِّرًا وَنَذِيرًا ﴾

“Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Biz səni də ancaq müjdə verən və xəbərdar edən (bir peyğəmbər) olaraq göndərdik”. (“əl-İsra” surəsi, 105-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *