“Təmizlik imanın yarısıdır”.

Elmin əksər sahələrinə öz töhfəsini verən İslam dini dünyada yayılmaqda davam edən koronavirus kimi xəstəliklərlə mücadilənin də ən nümunəvi yolunu bizə göstərmişdir.

Belə ki, ABŞ-ın 80 yaşlı hər həftə milyonlarla dərc edilən tanınmış jurnalı olan Nyusvik (News Week- Həftə xəbərləri) öz saytında Mart ayının 17-i ABŞ-ın Rays Universitetinin sosiologiya departamentində çalışan jurnalist, alim və professor Kreyq Konsidaynın maraqlı bir məqaləsini dərc edib. Professor Kreyq Konsidayn epidemiya ilə mübarizədə elm və alimləri 1400 il qabaqlayan İslam peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) hədislərini dərc etdiyi məqaləsində deyir:

“İmmunoloq doktor Entoni Fauçi kimi mütəxəssis və tibb müxbiri Sanjay Qupta təmiz gigiyenanın, karantinin və diğər insanlardan təcrid olunmanın COVİD-19 kimi infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasında ən keyfiyyətli vasitə olduğu qənaətindədirlər.

Bilirsinizmi daha yaxşı kim pandemiya zamanı təmiz gigiyena və karantinin əhəmiyyətli vasitə olduğunu demişdir?

1400 il öncə Məhəmməd — İslam peyğəmbəri (Allahın ona salavat və salamı olsun)

Ölümcül xəstəliklər üzrə mütəxəssis olmamasına baxmayaraq o, COVİD-19 kimi xəstəliklə mübarizə aparmaq və yayılmasının qarşısını almaq üçün əhəmiyyətli məsləhətlər verib.

Məhəmməd (Allahın ona salavat və salamı olsun) demişdir:

“Əgər bir yerdə taunun olduğunu eşidərsinizsə, ora girməyin. Əgər taun siz olan yerdə olarsa, oradan çıxmayın””.

(Bu hədisi Buxari, Müslim, Təbərani və digərləri rəvayət etmişdirlər.)

Professor Kreyq Konsidayn məqaləsində bu hədisdən sonra mövzu ilə bağlı digər bir hədisi də nəql etmişdir.

O, həmçinin davam edərək deyir:

“Məhəmməd (Allahın ona salavat və salamı olsun) insanları infeksiyalardan qoruyacaq gigiyena tədbirlərinə ciddi şəkildə riayət etməyə çağırıb. Aşağıdakı hədislərə və ya Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) kəlamlarına nəzər salaq. O deyib:

“Təmizlik imanın yarısıdır”.

(Bu hədisi Müslim, Əhməd, Dəraqutni və qeyriləri rəvayət etmişdirlər.)

“Sizdən biri yuxudan oyanan zaman əlini qaba (dəstəmaz almaq istədiyi su qabına) daxil etməsin. Çünki o bilmir əli harada gecələmişdir””.

(Bu hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Beyhəqi, Dəraqutni, İbn Hibban və qeyriləri rəvayət etmişdirlər.)

Doktor Kreyq Konsidayn əl yumaqla bağlı digər bir hədisi də qeyd etdikdən sonra deyir:

“Əgər insan xəstələnərdisə, xəstəlikdən əziyyət çəkənə Məhəmməd (Allahın ona salavat və salamı olsun) nə məsləhət verərdi?

O, insanları hər zaman dərmanlarla tibbi müalicə etməyə təşviq edib.

“Ey Allahın qulları, dərmanla müalicə edin. Uca Allah qocalıqdan başqa göndərdiyi hər bir xəstəliyə dərman da göndərmişdir””.

(Əbu Davud, Tirmizi, Beyhəqi, İbn Hibban, Dəraqutni və qeyriləri rəvayət etmişdirlər)

Professor Kreyq bir neçə digər hədislərə nəzər saldıqdan sonra məqaləsini belə tamamlayır:

“Məhəmməd (Allahın ona salavat və salamı olsun) insanlara dinlərini əsas götürmələrini məsləhət verib, lakin insanların təhlükəsizlik və rahatlığı üçün lazımi tədbirləri görmələrinə də təşviq edib.

Başqa sözlə, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insanların sağlam düşüncələrdən istifadə edəcəklərinə ümid edib”.

Ətraflı məlumat üçün bax

«Professor Kreyq Konsidayn «Məhəmmədin humanistliyi”, “Amerikada İslam” və digər kitabların müəllifidir.»

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *