Hələ də bir çox insanlar bu gigiyenik məlumatdan xəbərsizdirlər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

İslam dini insanları mənəvi təmizliyə çağırdığı kimi fiziki, zahiri təmizliyə və paklığa da xüsusi önəm vermişdir. Bu təmizliklərdən də biri ağızın təmiz olması üçün lazımi tədbirlərin görülməsidir. Ağız təravətini və təmizliyini qorumaq üçün Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir çox hədislərində dəstamaz alarkən ağızı su ilə yaxalamağı, dişləri də sivak ağacı ilə həm namazdan öncə, həm də digər müəyyən vaxtlarda ciddi şəkildə təmizləməyi tövsiyə etmiş və bunu öz əməlində də göstərmişdir.

Toxunacağımız mövzu isə ağız qoxusundan xilas olmaq üçün insanların əsrlər boyu bildiyi kimi təkcə dişlərin təmizlənməsi deyil, bununla yanaşı dilin üstünün təmizlənməsidir ki, bu üsulu elmin yalnız son əsrdə kəşf etməsinə baxmayaraq İslam peyğəmbəri (Allahın ona salavat və salamı olsun) 1400 il bundan əvvəl dilin üst tərəfini təmizləməyi bizlərə öz əməli ilə öyrətmişdir.

Dilin təmizlənməsinə aid olan hədisdə səhabə Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir:

دَخَلْتُ علَى النبيِّ — صَلَّى اللَّهُ عليه وسلَّمَ — وطَرَفُ السِّواكِ علَى لِسانِهِ

“Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına getdim və gördüm ki, sivakın ucunu dilinin üstünə qoyub (dilini təmizləyir)”.  (Buxarı, Müslim, Əbu Davud və digərləri rəvayət etmişlər.)

Məlumdur ki, dilin üzərində çatlar var və yemək qırıntıları bu çatlara yapışır. Bu da bir az sonra ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Eyni zamanda elm də təsdiqləyib ki, dilin üst qatı, xüsusən də, arxa hissəsinə yığılmış yemək qırıntılarının çürüntüləri nəticəsində müxətlif növ zərərli bakteriyaların çoxalması üçün ən əlverişli yerdir. Çünki dilin ön hissəsi daha çox hərəkət edərək dişlərə dəyir və orada olan bakteriyaların ağızdan çıxmasına yardımçı olur.

Dilin üzərindəki bakteriya və qida qalıqlarının fotogörüntüsü

Amerikanın Ohayo ştatında yerləşən Mayo Klinik Hospitalının həkimi Dr. Filip Şeridan belə deyir: “Ağızın həm sağlam, həm də təmiz olsun deyə diş ilə yanaşı dilini də fırça və ya diş sapı ilə təmizlə”.

Stomatologiyanın aspektləri, ağız boşluğu haqqında (diş, dil və s.) elmi araşdırmalar, tədqiqatlar, tanınmış professor həkimlər tərəfindən yazılmış məqalələri özündə ehtiva edən və məşhur amerikalı stomatoloq, Boston Universitetinin məzunu doktor Paul Kotner tərəfindən 2000-ci ildə yaradılmış animated-teeth.com saytında deyilir:

“1976- cı ildə ağızdan gələn pis qoxuların araşdırılması üzrə professor stomatoloq Josef Tonzetic tərəfindən dəqiq tarixi bir araşdırmaya əsasən dil təmizləndikdə ağız boşluğundakı pis qoxunun orta azalması (diş fırçalanarsa) 59-88% təşkil etmişdir.

1998-ci ildə tədqiqatçı həkim stomatoloq Johan Delange tərəfindən edilən digər araşdırmaya əsasən müəyyən edilmişdir ki, ağızdan gələn xoşagəlməz qoxu probleminin 87% -i ağızdan qaynaqlanır. Bunun 51% -i dil örtüyünə, 32% -i diş əti xəstəliyinə, 17% -i isə hər ikisinin birləşməsinə bağlıdır.

Demək olar ki, 68% -dən çox hallarda hərtərəfli dil təmizlənməsi faydalı sayılır və insanın pis nəfəsini aradan qaldırmaq üçün əhəmiyyətli bir təsirə malikdir”. (Danser- 2003 International Dental Hygiene Journal)

Daha ətraflı bu linkdə

Animated-teeth.com saytı yazır: “Dili təmizləməyin bir çox üsulları mövcuddur. Lakin onların hər biri eyni məqsəd daşıyır. Bu məqsəd də dilin üst qatında yığılmış bakteriya və çirkləri dildən təmizləməkdir. Dilini təmizlədiyin zaman hansı yolu seçmən önəmli deyil, vacib olan odur ki, dilin ən uzaq (arxa) hissəsini təmizləməyə çalışasan. Əgər bu zaman ögümə  ilə qarşılaşsan, təlaşlanma. Çünki ögümə normal bir refleksdir və zamanla keçicidir”.

Daha ətraflı linkdə

Qeyd edildiyi kimi dili yalnız xüsusi vasitə ilə deyil, istənilən əşya ilə təmizləmək mümkündür.

Qaşıq ilə dili təmizləmə üsulu
Dişləri və dili təmizləmək üçün mövcud olan fırça növü

Dilin üst səthinə yığılan və ağız qoxusuna səbəb olan bakteriyaların təmizlənməsi üçün dilin üstünü fırçalamağın zəruri olduğunu yeni öyrəndiyimiz bir zamanda, hələ 14 əsr bundan öncə dilini bu üsulla təmizləməyi Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) kim öyrətmişdir?

Əlbəttə ki, bu kimi kəşflər Məhəmmədin (Allahın ona salavat və salamı olsun) həqiqətən də Allah tərəfindən həqiqi peyğəmbər olduğuna sübutdur.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *