“İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir...”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Biz müqəddəs dinimizə — İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq.

İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir.

Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir. Yəni İslam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir”.

(Prezident İlham Əliyev, Bakıdakı Əjdərbəy məscidinin açılışındakı çıxışından)

“Dünyada gedən bəzi proseslər bizi haqlı olaraq narahat edir. İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq”.

(Prezident İlham Əliyev, Şamaxı Cümə məscidinin istifadəyə verilmə mərasimində nitqindən)

Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür…

(Prezident İlham Əliyev, Şamaxı Cümə məscidinin istifadəyə verilmə mərasimində nitqindən)

Biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq. Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır…”

(Prezident İlham Əliyev, Şamaxı Cümə məscidinin istifadəyə verilmə mərasimində nitqindən)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *