Əlbəttə ki, bütün bu faktlar Quranı 1440 ildir bəşər əlinin dəyişə bilmədiyinə açıq-aydın sübutdur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Yer üzündə Qurandan başqa elə bir kitab yoxdur ki, təhrifə uğramasın. Nazil olunmuş, yaxud bəzi dinlər üçün müqəddəs sayılan bütün kitablar bir neçə yüz ildən sonra dəyişilmiş və hətta, bəziləri yox vəziyyətinə düşmüşdür. Buna misal olaraq İncilin və Tövratın nüsxələrini, yaxud da Buddanın, ZərdüştünKonfutsinin kitablarını qeyd edə bilərik. Bütün bu kitablar ya təhrif olunaraq azaldılıb, ya da onların bir-birinə tamamilə zidd olan nüsxələrinə rast gəlmək mümkündür. Hətta, nazil olan kitabların əslinə və ana mətninə nazil olduğu dildə rast gəlmək mümkünsüz bir vəziyyətə gəlib çıxmışdır. Bu kitabların ana mətnləri istər kitablarda və istərsə də hafizələrdə həkk olunmadığı üçün təhrif olunmuş mətni təhrif olunmamış mətndən ayırmaq absurtdur.

Lakin yer üzündə Qurani-Kərim adlanan yalnız bir kitab vardır ki, 1440 ildir Allah-Təala tərəfindən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil olandan bəri hafizələrdəkitablarda qorunub saxlanmış və heç bir hərf dəyişikliyinə belə uğramamışdır.

Milyonlarla insanın sevərək əzbərlədiyi yeganə kitabın da məhz Qurani-Kərim olması danılmaz bir faktdır.

Digər dinlərin kitablarında olduğu kimi yer üzündə Qurani-Kərimin bir-birinə əks olan heç bir məşhur nüsxəsi yoxdur. Qədim zamanlarda Quranı yazarkən hərf xətalarına yol verilmiş olsa belə həmin xəta ilə yazılmış nüsxə heç vaxt vəhy olunan Quranın əslini üstələyə bilməmişdir.

Əlbəttə ki, bütün bu faktlar Quranı 1440 ildir bəşər əlinin dəyişə bilmədiyinə açıq-aydın sübutdur.

Elmin, inkişafın və sübutların zəif olduğu əsrlərdə əgər Qurani-Kərimi dəyişmək mümkün olmamışdırsa, inkişaf etmiş əsrlərdə onu kiminsə dəyişə biləcəyi qəti mümkünsüzdür.

1972-ci ildə Yəmənin paytaxtı Səna şəhərində Mədinədə yerləşən “Quba” və “Peyğəmbər” məscidindən sonra tikiliş tərtibilə İslamın üçüncü məscidi sayılan 627-ci ildə tikilmiş “əl-Cami əl-Kəbir” adli məscidin təmiri zamanı məscidin daxili və xarici tavanı arasından perqament (heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material) üzərində Qurani-Kərimin 40 min nüsxəsi tapılmışdır. Alman mütəxəssislərinin 1983 və 1996-cı illər arasındakı araşdırmalarına görə radiokarbon vasitəsilə 99%  dəqiqliklə həmin tapılmış Qurani-Kərimin nüsxələrinin 671-ci ildən öncə yazıldığı üzə çıxmışdır.

Dünyanın ən qədim nüsxələrindən biri olan Qurani-Kərimin Səna əlyazması

Son illərə qədər bu Səna əlyazmasının dünyada Qurani-Kərimin ən qədim nüsxəsi kimi tanınmasına baxmayaraq, İngiltərənin Birminhem Universitetində tapılan Qurani-Kərim nüsxəsinin Səna nüsxəsindən daha qədim olduğu üzə çıxmışdır.

Belə ki dünyanın ən məşhur universitetlərindən biri olan İngiltərənin Birmenhem Universitetinin birmingham.ac.uk saytında deyilir:

«BİRMİNHEMDƏ OLAN QURAN ƏLYAZMASI DÜNYANIN ƏN QƏDİM NÜSXƏSİ KİMİ QƏBUL OLUNA BİLƏR»

Birminhem Universitetində saxlanılan Quranın müasir elmi üsullara əsaslanaraq dünyanın ən qədim əlyazması olduğunu müəyyənləşdirmək mümkün olub.

Radiokarbon analizləri əlyazmanın üzərində yazılmış mətnin 95.4% dəqiqliklə miladı təqvimi ilə 568 və 645-ci illər arasına təsadüf etdiyini müəyyənləşdirmişdir. Testlər Oksford Universitetinin laboratoriyasında aparılıb.

Nəticələr vərəqlərin Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zamanına yaxın olduğunu təyin edib. Hansı ki o, (Allahın ona salavat və salamı olsun) miladi təqvimi ilə 570 və 632-ci illər arasında yaşamışdır.

Araşdırmalar bu Quranın indiyə qədər gəlib çatmış digər müqəddəs İslam əlyazmalarının ən qədimi olduğunu müəyyənləşdirmişdir.

Birminhemdə olan Quran əlyazması Müsəlman irsinə və İslamın öyrənilməsinə qlobal əhəmiyyət verir.

Birminhem Universitetinin Xüsusi Kolleksiyalar üzrə direktoru Suzan Vorrall belə deyib:

“Radiokarbonla müəyyənləşdirilən tarix bizim ilkin Quran əlyazmaları barədə fikirlərimizə çox mühüm təsir göstərir.

Biz bu cür vacib sənədin Birləşmiş Krallığın mədəniyyət cəhətdən müxtəlifliyi ilə ən zəngin olan Birminhem şəhərində olması ilə qürur duyuruq”.

Bu Quran əlyazması Kadböri Araşdırma kitabxanasında mövcud olan Minqana Universitetinin Orta Şərq əlyazmaları kolleksiyasının bir hissəsidir.

Ərəb yazısının ilkin formalarından olan Hicaz xətti ilə mürəkkəblə yazılan iki perqamentdən ibarət olan Quran 18 və 20-ci surələri əhatə edir.

Suzan Vorrall həmçinin deyib:

“İki vərəqi bir-birindən ayıraraq perqamenti analiz etməklə, Minqana kolleksiyasındakı möhtəşəm tapıntıya bir işıq gətirdik”.

Dünyanın ən qədim nüsxəsi olan Qurani-Kərimin Birminhem əlyazması

Tapıntının mətni və əhəmiyyətini qeyd edən Xristianlıq və İslam üzrə professor David Tomas və Birminhem Universitetinin Dinlərarası əlaqələr üzrə professoru Nadir Dinşou belə söyləyib:

“Birminhem Quran əlyazmasının tarixinin radiokarbon üsulu ilə müəyyənləşdirilməsi qeyri-adi nəticələr ortaya çıxarmış və Universitet kolleksiyalarının ən gözlənilməz sirlərini açmışdır. Bunlar bizi İslamın təməlinin ilk illərinə qaytara bilir”.

Müsəlman ənənələrinə görə İslamın müqəddəs kitabı olan Quranı təşkil edən ayələr Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) 610 və 632-ci illər arası vəhy edilmişdir. O zamanlar nazil olunan İlahi risalə hal-hazırda olduğu kimi bir kitab şəklində yığılmamışdır. Əksinə, insanların yaddaşında qorunub saxlanmış, həmçinin də perqamentlər, daşlar, palma yarpaqları və dəvələrin çiyin sümükləri üzərində yazılmışdır. Məhəmməd peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra İslam ümmətinin 1-ci xəlifəsi olan Əbu Bəkr (Allah ondan razı olsun) Quranın kitab şəklinə salınması göstərişini vermişdir.

Müsəlmanların inancına görə hal-hazırda oxunan Quran Osmanın (Allah ondan razı olsun) zamanında (bir qiraət üzərində) cəm olunmuş kitabla eynidir və bu da Məhəmmədə (Allahın ona salavat və salamı olsun) nazil edilənin əslidir.

Birminhem perqamentləri üzərində aparılan tədqiqatlara əsasən dərisindən istifadə olunan həmin heyvanın Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə və ya ondan az sonra yaşadığına güclü ehtimal vardır.

Bu o mənaya gəlir ki, perqament üzərində yazılmış Quran ayələri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından təxminən 20 il sonraya aiddir.

Bu perqamentin (yazılış fərqini istisna etməriksə) böyük dəyişikliklərə məruz qalmadığını nəzərə alaraq, onun nazil olunan vaxtlara təsadüf etdiyini və hal-hazırda oxunan nüsxə ilə eynilik təşkil etdiyini demək olar…”

Ətraflı məlumat üçün bax

Məgər hər hansı bir insan istənilən bir kitabın gələcəkdə heç vaxt dəyişikliyə uğramayacağı barədə zəmanət verə bilərdimi?

Əlbəttə ki, belə bir zəmanəti yalnız Uca Allah yer üzündəki haqq peyğəmbəri vasitəsilə verə bilər.

Həqiqətən də Quranda Uca Allahın vəd verdiyi kimi, digər kitablardan fərqli olaraq əsrlər boyunca nazil olduğundan bəri dəyişilmədən qalması Quranın digər bir möcüzələrindəndir.

Qurani-Kərimin heç cürə dəyişikliyə və təhrifə uğramayacağı barədə Allah-Təala buyurur:

﴿ إِنَّانَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴾

Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (“əl-Hicr” surəsi, 9-cu ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *