“Belə mürəkkəb müdafiə mexanizmi necə meydana gəlmişdir?”...

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Tədqiqatçılar tərəfindən böcəklər arasında üzərində ən çox araşdırma aparılanlardan biri bombardman böcəyidir. Yumurta qoymaq üçün nəm yerlərə üstünlük verən bombardman böcəyi Antarktida istisna olmaqla, bütün digər qitələrin mülayim bölgələrində yaşayır. Ət yeyən bombardman böcəyi gecə ovlamağa üstünlük verir.

Bombardman böcəyinin bombasının çıxdıği anın fotosu

Bomba böcəyinin digər həşəratlardan fərqi qeyri-adi xüsusiyyətə malik olmasıdır. Bu böcəyin müdafiə üsulu digər heyvanlardan tamamilə fərqlənir. Bu canlı 1,5 sm uzunluqda olmasına baxmayaraq bədənində “kimyəvi silah” daşıyır. Üstəlik, bu “kimyəvi silah” başqa heç bir heyvanda rast gəlinməyən bir silahdır. Həşərat təhlükə anında arxa hissəsində yerləşən xüsusi boru vasitəsiylə düşməninə tərəf qaynar və qıcıqlandırıcı kimyəvi maye püskürür. Bu mayenin təsirindən düşmən zədələnir və bombardman böcəyi xilas olur.

Həşərat bu bomba ilə yalnız arxa tərəfi deyil, istənilən səmti hədəf alır və bir dəfəyə minə yaxın mərmi ata bilir.

Bəs bu “kimyəvi silah”ın işləmə “mexanizmi” necədir?

Bu “silah”ı işlətmək üçün həşəratın bədənində çoxhissəli bir sistem mövcuddur. Həşəratın püskürdüyü qaynar maye hidrogen peroksid və hidrokinonun qarışığıdır. Böcəyin bədənindəki bu iki kimyəvi maddə fərqli ifrazat vəzi tərəfindən ifraz olunur. İfraz olunan maddələr saxlama kamerası deyilən xüsusi bölmədə toplanır. Böcək təhlükə hiss etdiyi zaman, saxlama kamerasının əzələlərini sıxır və buradakı mayelər partlama kamerasına dolur. Eyni zamanda, bu “yanma kamerası”nın divarlarından sərbəst buraxılan xüsusi bir katalizator-peroksidin təsiri ilə maye 100° C-yə qədər qaynayır. Bu maddələr birləşincə partlamağa bənzər bir reaksiya meydana gəlir və kimyəvi maddəni böyük bir sürətlə püskürdür.

Onu da qeyd edək ki, normalda hidrogen peroksid hidrokinonla qarışdıqda heç bir reaksiya baş vermir.

“Belə mürəkkəb müdafiə mexanizmi necə meydana gəlmişdir?” sualına cavab axtardığımızda təbii ki, bu həşəratın bunu öz-özünə inkişaf etdirməsinin mümkün olmadığını görürük.

Bir böcək qarışdıqdan sonra partlayacaq iki ayrı kimyəvi maddənin formulunu necə meydana gətirə bilər? Tutaq ki, meydana gətirə bildi, bəs bunları öz bədənində necə saxlamağa nail olur? Fərz edək ki bunu da bacardı.
Bundan əlavə, özünü yandırmamaq üçün “yanma kamerası”nın divarlarını və qarışığın püskürdüyü borunu da izolyasiya etməlidir! Əgər sistemdə hər hansı bir çatışmazlıq olarsa, ya partlayış baş verməz və böcək düşməni tərəfindən asanlıqla öldürülər, ya da partlayış böcəyin özünü məhv edərdi. Böcəyin əzələsi vaxtında açılıb bağlanmazsa, sistem işləməz və böcək özünü qaynadar. Demək, sistemin işləməsi üçün bütün hissələr eyni anda və qüsursuz olmalıdır.

Böcəyin etdiyi bu işləri, kimyagərlər xaric başqa insanlar həyata keçirə bilməz. Kimyagərlər isə bunu laboratoriyada edə bilərlər, öz bədənlərində deyil.

Həşəratın belə üstün bir kimyaçı mütəxəssis olduğunu və edəcəyi reaksiyaya görə öz bədənini dəyişdirmə, tənzimləmə qabiliyyətinə sahib möcüzəli bir dizayner kimi qəbul etmək, əlbəttə, məntiqsizdir.

Aydındır ki, böcək bu inanılmaz əməliyyatları fərqində olmadan, yalnız bir refleks şəklində edir. Təbiətdə bu qədər güc və zəkaya sahib bir varlıq yoxdur. Təbii ki, bu böcək böyük bir elm və güc sahibi olan Allah tərəfindən yaradılmışdır. Yaradılmış milyardlarla məxluq kimi, bombardman böcəyi də Rəbbimizin sonsuz gücünün və bənzərsiz yaradışının bir nümunəsidir.

Alimlərin yalnız son əsrlərdə bomba istehsalını kəşf etmələrinə baxmayaraq Uca Allah dünya yaranandan bəri bu həşəratda həmin bombanın bənzərini xəlq etmişdir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

1 şərh

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *