“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Dəvələr digər heyvanlardan özəl xüsusiyyətləri ilə cox fərqlənir. Dəvələr çətin səhra şəraitinə dözə biləcək və bir çox heyvanları öldürə biləcək qədər güclü heyvanlardır.

Dəvələrin yağ deposu hesab edilən bir və ya iki hürgücləri vardır. Lazım olduqda bu yağlar suya və enerjiyə çevrilir. Beləliklə, dəvələr 161 kilometrədək uzun məsafəni qət edərək su içmədən qüvvətli və enerjili qalırlar.

Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur.

Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər. Güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində belə maddələri asanlıqla yeyə bilirlər. Əlbəttə, hər şeyi həzm edən güclü mədələri də buna kömək olur. Mədə seliyinin parçalayıcı təsiri ilə ən bərk maddələri də həzm edirlər.

Digər məməlilərin mədəsi 1 kameralı olur, dəvələrin isə mədəsinin 800 kamerası var. Qida və su bu kameralarda saxlanılır. Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalar vasitəsilə digər canlıların həzm edə bilmədiyi sellülozanı asanlıqla həzm edirlər. Normal şərtlərdə gündə 30-50 kilo qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər.

Dəvələr bədənlərindən nəm ixrac etmələrini minimuma endirmələri üçün öz bədən temperaturlarını qaldırıb sala bilirlər. Gecələr dəvənin bədən temperaturu 34-35°C-yə düşür, gündüz isə o yavaş-yavaş yüksələrək 41°C-yə çatır. Temperaturun bu dərəcəyə qalxması ilə dəvənin orqanizmi suya qənaət edə bilir, çünki nəticədə tərləmə azalır. Bu cür termorequlyasiya sistemi nəticəsində dəvənin orqanizmi uzunqulaq və s. kimi digər heyvanların səhrada olduqları zaman itirdiyi nəmlikdən 3 dəfə az miqdarda nəm itirir.

Dəvələrin böyrəkləri səhra şəraitinə uyğun olaraq az miqdarda maye ilə işləyir. Dəvələr möcüzəvi xüsusiyyətə malik böyrəkləri sayəsində su tapmadıqda, duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı da digər heyvanlardakından daha uzundur. Beləliklə, daha çox su geri sorulur və su itkisi az olur. Beləcə, su qıtlığı zamanı gündəlik 5-10 litrlik sidik ifrazını 90% azalda bilirlər. Normal şərtlərdə məməlilərin böyük hissəsi böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə vəziyyət fərqlidir. Dəvələrin böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yolla sudan və qidalardan maksimum faydalanırlar.

Dəvələr su tapmadıqda, yuxarıda qeyd etdiyimiz özəllikləri sayəsində uzun müddət susuz keçinə bilirlər. Lakin su tapdıqları zaman dəvələr 10 dəqiqə ərzində 130-135 litr su içə bilirlər. Bu da öz çəkilərinin təqribən ¼ hissəsini təşkil edir. Dəvənin orqanizmində qanın tərkibini sabitləşdirən mexanizmlər nə qədər mükəmməl olsa da, bir anda bu qədər miqdar suyun bədənə daxil olması plazmada osmotik təyziqin kəskin şəkildə düşməsinə səbəb ola bilər. Amma dəvələrdə bu baş vermir. Onların bədənindəki eritrositlər bu osmatik düşüş-qalxışlara tab gətirəcək xüsusi bir formaya malikdirlər.

Alimlər bu heyvanı tam şəkildə öyrənmək istəyərkən apardıqları tədqiqatlar zamanı “burun boşluqları” aşkar ediblər. Yəni dəvənin üz sümüklərinin daxilində müəyyən boşluqlar mövcuddur. Daha sonra tədqiqatçılar bu boşluqların nə işə yaradığını və nə üçün digər heyvanların üz sümüklərindən fərqləndiyini araşdırmağa başlayıblar.

Sonda belə bir nəticəyə gəliblər ki, isti hava burundan içəri daxil olur və sərinləşdiricilər sayəsində soyumağa başlayır. Bu da beyni qidalandıran qan damarlarını sərinləşdirir. Bütün bunlar isə beynin günəşdən zərbə almaması üçün baş verir. Arterial qan beyinə soyuq halda daxil olur və onun günəşdən zərər görməsinin qarşısını alır.

Dəvələrin boğazlıq müddəti 13 aydır. Bala dəvələr, əsasən, qış fəslində doğulurlar. Doğuş vaxtı quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1.5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır. Süd ancaq balaya südvermə vaxtlarında gəlir.

Dəvə südü də həmçinin çox qiymətli xüsusiyyətlərə malikdir. Tərkibində cəm etdiyi təbii laktoferin antibiotiki, həmçinin virusa və göbələyə qarşı özəlliklərə sahib olan dəvə südü digər növ südlərdən daha gec xarab olur. Alimlər dəvə südünün tərkibində çox sayda immunoqlobulinlər və güclü immunostimulyatorlar aşkar ediblər. Maraqlı olan odur ki, dəvə südünün tərkibində yer alan immunoqlobulinlər insan orqanizmində yer alan maddələrdən gözəçarpacaq dərəcədə azdır.

Bu səbəblə dəvə südündə olan immunostimulyatorlar insan orqanizminin toxumalarına asan şəkildə daxil ola bilirlər. Məhz bu maddələr elmdə otoimmun xəstəliklərdən qorunmaq üçün faydalı səbəblərdən hesab edilir. Daha bir heyrətamiz xüsusiyyət isə bu südün tərkibində insulinə bənzər maddələrin mövcud olmasıdır. Bu da şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün çox faydalı olmasını göstərir.

Alimlərin elmi tədqiqatlarına əsasən dəvə sidiyinin də tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr var. Bunlar: Protein, Azot, Almubin, Sidik cövhəri, Kreatin, Sidik turşusu, Kreatinin, Natrium, Kalium, Kalsium, Maqnium, Mis, Dəmir və Sinkdir.

İnsanlar dəvə südü və sidiyini bir çox ciddi, hətta, xərçəng kimi ağır xəstəliklərin müalicəsində istifadə edərək Allahın izni ilə uğurlu nəticə əldə edirlər.

Məgər bütün bunlar Uca Allahın sonsuz gücünü və qüdrətini ifadə edən əlamətlər deyilmi? Dəvənin bu özəllikləri bizə bir Quran ayəsini xatırladır:

Uca Allah Qurani-Kərimdə buyurur:

﴿ أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ ﴾

“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (“’əl-Ğaşiyə” surəsi, 17-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *