"Məni çaşqınlıqda qoyan sualların cavabını Allaha şükürlər olsun ki, Quranda tapdım..."

Erməni olan bir kəsin İslamı qəbul etməsi hər bir müsəlmana sevindirici olsa da azərbaycanlı üçün bu sevinc ikiqatdır. Çünki Azərbaycan xalqının başına gətirdikləri vəhşilikləri, qonşu malına və mülkünə göz dikmələri, tarixi saxtalaşdırmaqları onların getdikləri Qriqoryan dini qadağan edə bilməmişdirsə, İslam dini öz gözəlliyi ilə onlara bu çirkinlikləri mütləq qadağan edə biləcəkdir…

Körpələri və qadınları amansızcasına qətletmə tərbiyəsi alan və hələ də buna təşviq edən ermənilərin içindən İslamı seçənlər də var. Gəlin əsl insanlıq rəmzi olan İslam dinini seçməsilə üzündən ədəb və mərhəmət yağan erməni Məhəmmədin həyatına nəzər salaq:

-Mənim adım Məhəmməddir. 29 yaşım var. Mən İslamı 2006-cı ildə Rusiyada olduğum zamanlarda qəbul etmişəm. Qarazirə yağının, Peyğəmbər tibbinin və təbii sağlam qida ilə əlaqəli məhsulların istehsalı ilə məşğulam.

-Ermənistandan olan Məhəmməd Quranın tərcüməsi ilə rastlaşır və “Əsr” surəsi üzərində çox düşünərək anlayır ki, iman gətirən və saleh əməllər işləyənlər istisna olmaqla bütün insanlar xüsran içərisindədirlər.

-Məhəmməd qardaşım, sənin İslamdan öncə necə olduğunu bilmək istərdim.

-Mənim İslamdan öncə olan həyatım cahillik həyatı idi. Heç bir hədəfim və Axirət üçün də heç bir hazırlığım yox idi. Allahın bizi nə üçün yaratdığını özümdən soruşmurdum və bu barədə anlayışım belə yox idi. İslamı tərk edənlərdə, onu anlamayanlarda və onu qəbul etməyənlərdə olduğu kimi mən də nəyəsə doğru səy göstərmirdim.

-Məhəmməd qardaşım, sənin İslamdan öncə İslam barədə olan təsəvvürün necə idi?

-İslamı qəbul etmədən öncə İslam barədə olan təsəvvürüm təbii ki, pis idi. Bildiyiniz kimi mən Rusiyada yaşayıram. Burada televizor və digər vasitələrlə İslamı xoşagəlməz sifətlərlə insanlara çatdırırlar. Eyni zamanda ailə və qohumların da İslam barədə təsəvvürləri pisdir. Çünki İslam doğru olmayan şəkildə insanlara çatdırılmışdır.

-Mənim bildiyimə görə sən Quranla edilən şəri ruqyədən təsirlənmisən. Sən də MaşaAllah tibb elmini öyrənirsən. Bəs nəyə görə sən şəri ruqyədən təsirləndin və onun tibblə nə əlaqəsi vardır?

-İslam barədə ilk dəfə marağım, tələbəlik illərində yataqxanada qaldığım zaman oyanmışdır. Orada bir müsəlman qız var idi, ona cin toxunmuşdu. Mənə bu maraqlı gəldi  və öz-özümə soruşmağa başladım ki, cin nədir? Hətta, mən cin sözünün mənasını belə bilmirdim. Ancaq cizgi filimlərdə görmüşdüm.

Müsəlman bir nəfər gəldi və o qıza ruqyə etdi. Nəticədə o qız sağaldı və mən dəhşətə gəldim. Sadəcə nəsə oxumaqla bu necə ola bilər? Halbuki onun halı çox pis idi.

Quranın tərcüməsini oxuyanda mən rahatlanırdım. Məni çaşqınlıqda qoyan sualların cavabını Allaha şükürlər olsun ki, Quranda tapdım…

-Universitetdə mənimlə birgə Qafqazdan olan müsəlman tələbələr dərs alırdı. Zahirən hamısı bənzəsələrdə bir-birilərindən fərqlənirdilər. Onların arasından biri əxlaqı və ədəbi ilə çox seçilirdi. Onun rəftarı mənə təəccüblü gəlirdi. Məlum oldu ki, o, namaz qılır. İslamı qəbul etdikdən sonra İslamı araşdırmağa başlayanda anladım ki, əslində, hər bir müsəlman digərlərinə qarşı bu cür ədəbli və əxlaqlı olmalıdır.

-Müsəlman tələbə yoldaşının Quranını götürüb açdığın zaman ilk dəfə nəyi oxudun? Sənin qəlbinə təsir edən hansı ayə oldu?

-Ərəb dilini bilmədiyim üçün ilk dəfə Quranı Rus dilində oxudum. Məni Uca Allahın bu ayəsi heyrətə gətirdi:

﴿ قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَة ۖ  قَلِيلًا مَا تَشْكُرُونَ ﴾

“De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”” (“əl-Mulk” surəsi, 23-cü ayə)

Bu ayə mənə çox təsir etdi. Çünki Uca Allah insanlara bir çox nemətlər bəxş etmişdir, lakin onlar buna görə Yaradana şükür etmirlər. Həmin an düşündüm ki, nə üçün mən şükür etmirəm?! Nə üçün mən məni Yaradana qarşı, mənə bu nemətləri verən və bu şükrü məndən istəyən Allaha qarşı bunu etmirəm?!”

-Mən sənin İslama gəlmə anını bilmək istəyirəm. Onu olduğu kimi bizə danış.

-Beşinci gün idi. Mən tətildən şəhərə qayıtmışdım. Cümə namazı vaxtı orada bildirmişdilər ki, mən İslamı qəbul etmək istəyirəm. Cümə namazı bitdi.Onlar başqasını çağırdılar və o, İslamı qəbul etdikdən sonra hamı çıxıb getdi. Məni isə unutdular. Orada bir elmli qardaş var idi, onun yanına getdik və o bəzi şahidlərin yanında mənim İslamı qəbul etməmə şahidlik etdi. Bu cür İslamı qəbul etdim və dərhal namaza başladım.Elə o andan etibarən sınaq və imtahanlarım da başladı.

— Şəhadət kəlməsini deyərək İslamı qəbul etdiyin anda keçirtdiyinhissləri bilmək istərdim.

— Allaha həmd olsun. Mən, sanki yeni doğulmuş, doğum evindən yeni çıxmış bir körpə kimi idim və özümüçox rahat hiss edirdim.

İslamı qəbul etdikdən sonra oxuduğuma görə insanın günahları bağışlanır və həyatı yeni, ağ səhifədən başlayır.

— İslama daxil olduqdan sonra valideynlərim müxtəlif təzyiqlər etdilər. Əvvəl məni anlamaqda çox çətinlik çəkdilər. Lakin Allaha şükür olsun ki, vaxt keçdikcə hər şey dəyişdi. Onlar mənim əməllərimdə həqiqi İslamı görərkən İslamın haqq olduğunu bildilər və anladılar ki, bu dində pis heç nə yoxdur. Bu din İsanın (Allahın ona salamı olsun) gətirdiyi dinin davamıdır.

Sənin İslamdan öncə və İslamdan sonrakı həyatında nə kimi fərqlər var?

-İslama gəldikdən sonra Allaha şükürlər olsun ki, doğru həyatı necə yaşayacağını artıq bilirsən. Beləki Uca Allah insanları yaratmış və onlara Quranı bu həyatda yaşamaq üçün rəhbər olaraq istifadə etməyə vermişdir. Necə ki biz kompüterin istifadəsini bilmədikdə onu istifadə etmək üçün kitabçadan oxuyaraq öyrənirik. Quran da Uca Allahın səmavi kitabıdır. O, müsəlmanlar və bütün insanlar üçün rəhbərdir. Allaha şükür olsun ki, Quranla həyat asan və firavan olur.

İslam Qiyamətə qədər təhrifəuğramadan qalacaq yeganə dindir. Ailəyə, ictimaiyyətə və dinə münasibətdə İslamın gözəl xüsusiyyətləri var. Bütün bunlar xoşuma gəldi. Bu hissləri vəsf etmək mümkün deyil. Bunu yalnız İslama girən kəs əvvəlki və sonrakı yaşam tərzini müqayisə edərək anlaya bilər.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *