“Niyə bu quşlar alovu öz dimdiklərində aparırlar?”...

Rəhmli və mərhəmətli Allahın adı ilə

Aləmlərə rəhmət olaraq göndərilən Allah rəsulu (Allahın ona salavat və salamı olsun) bir çox heyvanlar və həşəratlar da daxil olmaqla hər zaman canlılara qarşı mərhəmətli olmağa çağırmışdır. Hətta, İslam alimləri hücum edərək insanlara, onların mal-mülklərinə xətər törətməyən və uzaqlarda yaşayan vəhşi heyvanları belə öldürməyi icazəli saymayıblar. Lakin buna baxmayaraq bəzi heyvan və həşəratlar vardır ki, ilkin olaraq hücum edib xətər törətməsələr  Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların öldürülməsinə təşviq etmişdir.

 Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət edilir:

(خَمْسٌ فَوَاسِقُ، يُقْتَلْنَ في الحِلِّ وَالْحَرَمِ: الحَيَّةُ، وَالْغُرَابُ الأبْقَعُ، وَالْفَأْرَةُ، وَالْكَلْبُ العَقُورُ، وَالْحُدَيَّا)

Beş fasiq (zərərverici) vardır ki, onlar həm Məkkə xaricində, həm də haram olan torpaqda (Məkkədə), öldürülməlidir. Bunlar — ilan, ala qarğa, siçan, quduz it və çalağandır”(Buxari, Müslim, Əhməd, İbn Hibban, Təbərani və digərləri rəvayət etmişdirlər. Hədisin bu ləfzi Müslimdədir.)

Hədisdə adı keçən heyvanların bəzilərinin hər kəsə bəlli olan və bəzilərinin isə müasir tədqiqatçılar tərəfindən yeni aşkarlanan zərərləri vardır deyə öldürülməsi əmr edilmişdir. Gələcəkdə bu heyvanların zərərləri barəsində Allahın izni ilə mövzular hazırlanacaqdır. Bugünkü mövzumuz isə hədisdə öldürülməsi əmr edilən çalağan haqdadır.

Qeyd edək ki, hədisdə zikr edilən çalağana ərəb dilində “əl-Hidəə, ingilis dilində “kite” və elmi dildə isə “milvus” deyilir.

Çalağan qızılquşkimilər dəstəsinə və qırğılar fəsiləsinə aiddir. Çalağanın qırmızı, qara, boz, boz başlı, qara çiyinli, qayçı quyruqlu, haçaquyruq, incə dimdikli, sarı dimdikli, qarmaq dimdikli, qara sinəli, fit çalan və s. kimi növləri vardır. Azərbaycanda yalnız qırmızı və qara çalağan növü mövcuddur.

Qara çalağan (black kite-milvus migrans) quşunun video görüntüsü

Qırmızı çalağan (red kite-milvus milvus) quşunun video görüntüsü

Məlumdur ki, son günlərdə Avstraliyada təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yandı, onlarla insan vəfat etdi, minlərlə ev külə çevrildi və milyarda yaxın heyvan tələf oldu.

Son Avstraliya yanğınlarının video görüntüsü

İslamda öldürülməsi əmr edilən çalağan quşunun olduqca təhlükəli olduğu artıq aşkar edilmişdir. Belə ki 2018-ci ildə alimlər Avstraliyada külək istiqamətinin əksində olan meşələrin də yanmasını gördükdə heyrətə gələrək yanğınların səbəbkarının çalağan quşları olduğunu üzə çıxardıblar.

Avstraliyanın məşhur “Crikey” saytında həmin çalağan quşlarının təhlükəsi barədə deyilir:

“Biz yerli ekoloji biliklər və xarici müşahidələrə əsasən tropic Avstraliya savannalarında (subekvatorial qurşaqda hündürboylu ot örtüyü və seyrək agac və kollara malik geniş ərazilər) yanğının qara çalağan, fit çalan çalağan və qəhvəyi qartal kimi yanğın törədən yırtıcılar tərəfindən qəsdən yayıldığını sənədləşdiririk. Müşahidəçilər onların həm tək, həm də toplu halında bu cəhdlərinin tez-tez uğurlu olduğunu və yanan çubuqları dimdik və caynaqlarında dəfələrlə daşıyaraq yanğını qəsdən yaydıqlarını bildirirlər”.

Ətraflı məlumat üçün bax

İngiltərənin məşhur xəbər saytı olan “Dailymail” saytı 2020-ci ilin Yanvar ayında dərc etdiyi məqalədə bu quşlar haqda deyir:

“Doğma Avstraliya quşu yırtıcıları qovmaq üçün közləri götürüb quru sahələrə ataraq yanğın böhranını daha da pisləşdirir”.

Həmçinin demişdir:

“Bu quşlara davranışlarına və kiçik heyvanları qorxutmaq məqsədilə quru sahələrə alovlu çubuqları atdıqlarına görə “yanğıntörədən yırtıcılar” və ya “odlu qırğılar” ləqəbi verilmişdir”.

Həmin sayt çalağan quşunun dimdiyində od parçasını aparması anını təsvir edərək belə söyləyir:“Fit çalan çalağan, qara çalağan və qəhvəyi qartal kiçik yırtıcıları tutmaq üçün alovu yaymaqda qeyri-adi davranışlarına görə “yanğın qırğıları” ləqəbini alıblar”.

 Dünyanın məşhur “National Geographic” saytında:

“Niyə bu quşlar alovu öz dimdiklərində aparırlar?” başlıqlı yazıda çalağan quşlarının həqiqətən də yanğınların artmasında rolu olduğu öz təsdiqini tapmışdır.

Ətraflı məlumat üçün bax

Amerikanın “Live Sciense” adlı elmi saytı yazır:

“Bəzi yırtıcı quşlar ya söndürülmüş yanğınları yenidən başladır və ya yanğının yayılmasının qarşısını ala biləcək maneələr üzərindən odları keçirirlər”.

Ətraflı məlumat üçün bax

Meşədən çox uzaqlarda, səhra həyatını yaşayan Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əsasən meşələrdə yaşayan bu quşun yeni aşkar edilən təhlükəsi barədə 14 əsr bundan öncə xəbər verməsi hər bir ağıl sahibini onun həqiqətən də Uca Allah tərəfindən haqq Peyğəmbər olduğuna inanmağa vadar etməlidir.

Uca Allah Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) xitab edərək buyurur: 

﴿ …وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا ﴾

… Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür”. (“ən-Nisa” surəsi, 113-cü ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *