“İslam insanları geriyə çəkmir, əksinə, irəliyə doğru-inkişaf və yüksəlişə aparır...”

İslama, dini-mənəvi dəyərlərə önəm verən Ulu öndər, böyük siyasi xadim Heydər Əliyev 1994-cü ilin iyul ayında Ümrə səfəri zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə keçirdiyi görüşündə söyləmişdir:

Heydər Əlirza oğlu Əliyev

“Qurani-Şərifin” bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa dəvət edən tələblərdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

“Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.

(Heydər Əliyev, 5 sentyabr, 1993-cü ildə Təzəpir məscidindəki çıxışından)

İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir”.

(Heydər Əliyevin Bibiheybət Məscidinin açılışı mərasimindəki nitqindən)

“Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir”.

(Heydər Əliyev, 1998-ci ildə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq konfransdakı çıxışından)

İslam insanları geriyə çəkmir, əksinə, irəliyə doğru-inkişaf və yüksəlişə aparır. Qurani-Kərimdə də təkidlə vurğulanır ki, bu din insanları doğru yola yönəldən bir nurdur. İslam insanları daha da savadlanmağa, mədəniyyətə qovuşmağa, müasir həyatın bütün vasitələrindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq üçün, maddi və mənəvi vəziyyətini yüksəltmək üçün daha da səmərəli bəhrələnməyə yönəldir”.

(Heydər Əliyev, “Müasirlik və milli mənəvi dəyərlər” adlı beynəlxalq konfransdakı çıxışından)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *