Hippokrat, Aristotel və Qalenusun dediyi səhvi Quran düzəltdi və elm 1775-ci ildə təsdiqlədi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allah-Təala Qurani-Kərimin bir çox ayələrində ağıl sahiblərini öz ilkin yaradılışları haqda düşünərək Ona iman etmələrinə və Onu haqqı ilə tanımaqlarına çağırmışdır. Həqiqətən də, insan nədən və necə yarandığını düşündükdə Uca Allahın sonsuz elminə və qüdrətinə valeh olur.

Uca Allah Qurani-Kərimdə buyurur:

﴿ إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا ﴾

“Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik”. (“əl-İnsən” surəsi, 2-ci ayə)

Uca Allah ayədə “nutfətin əmşəcin”, yəni “qarışıq nütfə” deyərək bizə insanı kişiyə və ya qadına aid tək bir nütfədən deyil, bir-birinə qarışan nütfədən yaratdığını xəbər vermişdir.

9-cu əsrin böyük İslam alimi Məhəmməd ibn Cərir ət-Təbəri (M.839-923) hələ müasir elm bu dəqiqliyi kəşf etmədən öncə embriologiya elminə sahib olmasa da, Uca Allahın kəlamına etimad edib sözügedən ayəni şərh edərək deyir:

(يقول تعالى ذكره: إنا خلقنا ذرّية آدم من نطفة، يعني: من ماء الرجل وماء المرأة)

“Uca Allah buyurur ki, “Biz Adəmin zürriyyətini nütfədən yaratdıq”. Yəni kişinin və qadının mayesindən”. (Təbəri, “Təfsir əl-Quran əl-Azim”, “əl-İnsan” surəsi, 2-ci ayə)

Abdullah İbn Abbas (M.618-687) (radiyallahu anhu) yuxarıdakı ayədə keçən “nutfətin əmşəcin” haqda demişdir:

(ماء المرأة وماء الرجل يختلطان)

“Bir-birinə qarışan qadının və kişinin mayesi”. (Təbəri, “Təfsir əl-Quran əl-Azim”, “əl-İnsan” surəsi, 2-ci ayə)

Ətraflı məlumat üçün bax:

13-cü əsrin böyük İslam alimi Əhməd ibn Ömər əl-Qurtubi (M.1214-1273) deyir:

…ذهب قوم من الأوائل إلى أن الجنين إنما يكون من ماء الرجل وحده ، ويتربى في رحم الأم ، ويستمد من الدم الذي يكون فيه)
(…والصحيح أن الخلق إنما يكون من ماء الرجل والمرأة لهذه الآية

“Keçmiş alimlərdən bəziləri düşünürdülər ki, rüşeym yalnız kişinin mayesindən əmələ gəlir, ananın rəhmində böyüyür və orada olan qan vasitəsilə inkişaf edir. Bu ayəyə görə doğrusu isə budur ki, yaradılış kişinin və qadının mayesindən əmələ gəlir”. (əl-Qurtubi, “əl-Cəmi li əhkəm əl-Quran”, “əl-Hucurat” surəsi, 13-cü ayənin təfsiri)

Ətraflı məlumat üçün bax:

Rüşeym elminin qısa tarixi

Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) Quran nazil olan dövrdə insanların tibdə güvən yeri, əsasən, üç alim idi:

Eramızdan əvvəl 460-370-ci illərdə Yunanıstanda yaşamış “Tibbin atası” sayılan Hippokrat, eramızdan əvvəl 384-322-ci illərdə Yunanıstanda yaşamış Aristotel (Ərəstu) və eramızın 129-201-ci illərində Romada yaşamış Qalenus (Qalen).

Yuxarıda adı çəkilənlərin dövründən, təxminən, 17-ci əsrə qədər alimlər aşağıdakı əfsanələrə inanırdılar.

1)Rüşeym yalnız kişinin nütfəsində olur.

2)Rüşeym yalnız qadının yumurtalığında olur.

3)Rüşeym qadının yumurtalığında və ya kişinin nütfəsində kamil şəkildə homunkul (balaca adam) olur və yaradılış mərhələlərindən keçmir.

Kişinin nütfəsi qadının rəhimində qalan heyz qanı ilə qarışır və bərkiyir.

Ətraflı məlumat üçün bax:

İddia edilən balaca insanın şəkli

Harvard universitetinin nəşr etdiyi Aristotelin “Generation of Animals” (Heyvanların nəsli) adlı kitabının haşiyəsində deyilir:

“Aristotelin heyz qanının rüşeymi əmələ gətirən maddə olması ilə bağlı iddiası əsrlər boyu şəksiz hökm sürmüşdür”. (Aristotel, “Generation of Animals”, səh. 100)

Qeyd etdiyimiz kimi, qədim fikrlərə görə insanın yaradılışında əsas rol kişinin, yaxud da qadının boynuna düşür. Quranın dediyinə görə isə insanın yaradılışında hər ikisinin əsas rolu vardır.

1677-ci ildə ilk dəfə mikroskopu təkmilləşdirərək 300 dəfə böyüdə bilən hala gətirib elmi mikroskopiyanın və mikrobiologiyanın əsasını qoymuş hollandiyalı Anton van Levenhuk (1635–1703) spermotozoidi, mikroorqanizmləri və eləcə də eritrositləri (qırmızı qan hüceyrələri) aşkar edərək təsvirini vermişdir.

Van Levenhukun düzəltdiyi ilk optik mikroskopun şəkli

Optik mikroskopun inkişafı səbəbilə o dövrün alimləri tərəfindən reallığa uyğun olmayan yeni nəzəriyyələr irəli sürülür. Belə ki, İtalian bioloq və həkim Malpiqi Marçello (1628-1694) Preformasiya nəzəriyyəsini (cinsiyyət hüceyrəsində inkişaf etmiş rüşeym) irəli sürərək 1673-cü ildə inkubasiya edilməmiş yumurtada tam kiçik bir toyuq embrionunu gördüyünü iddia edir. O deyir ki, rüşeymin əmələ gəlmə prosesi bitkinin tumurcuqları böyüdüyü kimi kiçik rüşeymin böyüməsi, onun hissələrinin uzanması və sıxlığının artmasından başqa bir şey deyildir. O zamanlar bu nəzəriyyə geniş şəkildə qəbul edilmiş, məşhur olmuş və bir əsrə yaxın müddət ərzində elmi ictimaiyyətdə üstünlük təşkil etmişdir. Fransalı alim Jorj Lui Lekler de Büffon (1707-1788) müxtəlif inkubasiya dövrlərində bir sıra yumurtaları araşdırıb və 1760-cı ildə əmin olur ki, toyuq embrionu toyuğun bədənindən çıxdığı andan yumurtanın mərkəzində olur. Oxşar müşahidələri hollandiyalı alim Jan or Johannes Svammerdam (1637-1680) həşaratlar üzərində araşdırmalar aparmış və bu səhv nəzəriyyəni təsdiqləmişdir.

Vaşinqtondakı ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən Ensiklopediya və Embrion Layihəsinin rəsmi “Embryo.asu.edu” saytında deyilir:

“Preformizm XVII əsrin sonundan XVIII əsrin sonlarına qədər istifadə edilən embrioloji inkişaf nəzəriyyəsi idi.  Bu nəzəriyyəyə görə nəslin əmələ gəlməsi əvvəlcədən formalaşmış hissələrin açılması və böyüməsi nəticəsində baş verir. Preformasiyanın iki rəqabət modeli var idi: hamiləlikdən əvvəl öncədən əmələ gələn hissələrin analıq yumurtasında yerləşdiyi  yumurtalıq modeli və hər bir spermanın başında əvvəlcədən formalaşmış fərdin və ya homunkulun (balaca insan) mövcud olduğu düşünülən spermizm modeli. Preformasiya Maarifçilik dövrü alimləri tərəfindən geniş yayılmış bir nəzəriyyə idi. Lakin 1800-cü illərin əvvəllərində əksər elm adamları ondan imtina etdilər. Çünki mikroskoplarda daha yüksək böyüdülmə onlara embrionların ən erkən mərhələlərini kiçik hüceyrə kolleksiyaları kimi görməyə imkan vermişdi”.

Ətraflı məlumat üçün bax:

Sözügedən dövrlərdə preformasiya nəzəriyyəsini iddia edən alimlərin 2 müxtəlif rəyləri var idi.

1-ci rəy: Rüşeym qadın yumurtalığında balaca insan (homunkul) olaraq kamil formadadır. Lakin nütfə (sperma) vasitəsilə böyüyür.

2-ci rəy: Rüşeym kişinin nütfəsinin içində balaca insan (homunkul) olaraq kamil formadadır. Qadın yumurtalığı isə o homunkulu qidalandırmaq üçün bir anbardır.

Nəhayət ki, bu homunkul nəzəriyyəsini qəbul etməyən italiyalı alim Lazzaro Spallanzani (1729-1799) və almaniyalı alim Kaspar Fridrix Volf (1734-1794) sübut etdi ki, həm kişi, həm də qadın cinsi qametlərinin bir-birinə qarışmasından sonra yeni fərdin mərhələlərdən keçərək tədricən formalaşması baş verir.

Dünyanın ən zəngin ensiklopediyasına malik olan İngiltərənin Britannica saytı deyir:

“Spallanzani suda-quruda yaşayanlardan istifadə edərək yumurtalıqla nütfənin faktiki qarışımının (və ya təmasının) yeni bir heyvanın inkişafı üçün vacib olduğunu göstərdi”.

Ətraflı məlumat üçün bax:

Əsrimizin ən böyük embriologiya alimlərindən olan və İslamı qəbul edən Toronto Universitetinin Professoru kanadalı Keith Leon Moore (M.1925-2019) bir çox Quran ayələrinə istinad etdiyi məşhur “The Developing Human” (İnkişaf edən İnsan) adlı kitabında deyir:

“1775-ci ildə Lazzaro Spallanzani yeni bir fərdin yaranıb inkişaf etməsi üçün həm yumurtalıq, həm də nütfənin zəruri olduğunu göstərməsi ilə preformasiya mübahisəsi sona çatmış oldu”. (Moore, “The Developing Human”, səh. 8)

Keith Moore həmçinin öz məşhur kitabında Qurana işarə edərək deyir:

 

Orta əsrlərdə embriologiya
“Orta əsrlərdə elmin irəliləyişi ləng idi və bu dövrdə aparılan embrioloji tədqiqatların məqamlarının azlığı bizə məlumdur. İslamın müqəddəs kitabı olan Quranda (miladi təqvimin VII əsri) insanların kişi və qadın ifrazatlarının qarışığından əmələ gəldiyi deyilir”. (Moore, “The Developing Human”, səh. 6)

Ətraflı məlumat üçün bax:

Rüşeym elminin banisi və atası sayılan estoniyalı alim Karl Ernst Ritter fon Bir (1792-1876) də həmçinin rüşeymin ana bətnində tədricən bir neçə mərhələlərdən keçərək insan halına gəldiyini sübut edir.

Karl Ernst Ritter fon Ber

Ekspermental embriologiya elmi araşdırmalara daxil edilərək daha da inkişaf etdikdən sonra almaniyalı alim Vilhelm Roux (1850-1924) 1888-ci ildə rüşeymin ana bətnində mərhələli şəkildə yaranmasını təsdiqləyərək keçmiş nəzəriyyələri inkar edir.

Vilhelm Roux

Yuxarıdakı sitatlardan bizə məlum olur ki, rüşeymin balaca insan formasında kişinin nütfəsində və ya qadının yumurtalığında olduğunu iddia edən əvvəlki nəzəriyyələrin səhv olduğu yalnız 18-ci əsrdə aşkarlanmışdır. Quran isə insanın yaradılışının yalnız iki cinsin nütfəsinin bir-birinə qarışmasından sonra yarandığını demişdir.

Bəzi cahillərin iddia etdiyi kimi Quran insan sözü olsaydı, öz dövrünün səhv və ya düz yayılmış məlumatlarını qeyd edərdi. Lakin həqiqətdə isə biz Quranın nazil olan dövrünün səhv məlumatlarına düzəlişlər edərək tam yəqinliklə o zamanın alim və mütəfəkkirlərinə əks çıxdığını görürük. Hansı ki, bu gün müasir elm də o insanların deyil, məhz Quranın 1450 il öncə dediklərinin doğru olduğunu təsdiqləyir.

Uca Allahın zikr etdiyi ayədən bəlli olur ki, rüşeymin böyüməsində kişi və qadının hər ikisinin rolu vardır. Hippokratın, Aristotelin və s. dediyi kimi kiçik insan və bu insanın da heyz qanı ilə qidalanaraq böyüməsi nəzəriyyəsi səhvdir.

Heç bir tibbi imkanlara və mikroskopa malik olmayan Məhəmməd peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) nazil olan Quranın ana bətnindəki rüşeymin kişi və qadına aid nütfənin qarışmasından sonra yaranmasını deməsi, həqiqətən də, Quranın Uca Allah tərəfindən göndərilməsinə böyük bir sübutdur.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾ 

“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Müəllif: Samin Məmmədov
Tərcümə: Nailə Mikayılbəyli
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *