“...Onların hər biri öz orbitində üzür”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Biz elə bir dinin əhliyik ki, o din bizlərə öz bəsirətimizlə göylərin və yerin səltənətinə baxıb onun barəsində düşünməyi əmr edir.

﴿ قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ… ﴾

Uca Allah buyurur: “De: “Görün, göylərdə və yerdə nələr var!”” (“Yunus” surəsi, 101-ci ayə)

Allah-Təala digər ayədə isə belə buyurur:

﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ ﴾

“Həqiqətən, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır”.  (“Əli İmran” surəsi, 190-cı ayə)

Biz göylərin və yerin səltənəti barəsində düşünməyə əmr edilmişik! Əmr olunduğumuz şeylərdən biri də qalaktikalara nəzər yetirməmiz, onların necə hərəkət etdiyi və hər bir qalaktikanın Allahı necə təsbih etdiyi barədə düşünməmizdir.

Elə isə gəlin baxaq görək, elm və ondan da əvvəl nə önündən, nə də arxasından batilin yaxınlaşa bilməyəcəyi Allahın kitabı bu barədə nə demişdir?

Quran barəsində şübhə yaradanlardan bəziləri Quranı tənqid etməyə çalışıb Uca Allahın “…Onların hər biri öz orbitində üzür”, — ayəsi haqda iddia edərək demişlər:

“İnsan yerin atmosfer qatını keçdiyi zaman tam bir boşluqda olur. İnsanın üzməsi üçün isə suya ehtiyac duyulur. Ona görə də “üzür” kəlməsi elmi cəhətdən dəqiq deyildir”.

ABŞ Kosmik Agentliyi NASA-nın kosmonavtlarının fəzaya çoxsaylı uçuşlarından sonra onlar kosmik gəmilərin fəzada quraşdırılmasına ehtiyac duyurlar. Həmin gəmilər üzərində islahat aparmaq üçün kosmonavtlara təlim keçirmək məqsədilə 2013-cü ildə dərinliyi 13 metr olan, dünyanın ən böyük hovuzunu inşa etməyə başlayırlar. Onlar bu məşqlər üçün ən münasib mühitin məhz su olduğu qənaətinə gəlirlər. Beləliklə, onlar həmin cihazlarla suyun altına enməyi və orda xarab olanlar üzərində islahatlar aparmaq üçün məşqlər keçirməyi qərara alırlar. Çünki onlar insanın kosmik fəzadakı hərəkətinin dəhşətli dərəcədə suda üzməyə bənzədiyini yəqin etmişdirlər. Həqiqətən də, apardıqları bu təcrübə uğurla başa çatır və o nətəcəyə gəlirlər ki, planetlərin fəzada hərəkət etməsini təsvir edən ən münasib kəlmə məhz “üzmək” kəlməsidir. Hətta, onlar bu termini kosmik cisimlərin hərəkətinin ifadəsi üçün istifadə etməyə başlayırlar.

Elə isə birlikdə düşünək!

Uca Allah buyurur:

﴿ وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ ﴾

 “Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür”. (“əl-Ənbiyə” surəsi, 33-cü ayə)

Beləliklə, alimlərə aydın oldu ki, kosmosda “üzmək” sözü elmi cəhətdən yeni kəşf edilən ən dəqiq ifadədir.

Quran hələ 14 əsr bundan əvvəl onu dəqiqliklə zikr etmişdir ki, bu ayə hər bir möminin Allaha olan imanını, yəqinliyini və təslimiyyətini artırmaq üçün bir dəlil olsun. Eyni zamanda, Allahın Kitabını inkar edən hər kəs üçün bir cavab olsun ki, bəlkə onlara Quranın haqq olduğu aydınlaşar.

Necə ki Uca Allah buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik…”(“Fussilət” surəsi, 53-cü ayə)

Ey Rəbbimiz, biz Quranın sənin tərəfindən haqq olduğuna, Sənə, Sənin Rəsuluna və Sənin dininə iman gətirmişik!

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *