“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Termitlər qarışqa böyüklüyündə və görünüşündə olan kiçik böcək növüdür. Buna baxmayaraq onlar çox bacarıqlıdırlar. Bu kiçik canlılar qəsrə bənzəyən hündür yuvalar tikirlər. Qəsrlər xaricdən sadə görünsələr də, əslində, belə deyil. Çünki termitlər yuvalarını planlı şəkildə tikirlər. Kraliçaya, uşaqlara məxsus otaqlar, göbələk yetişdirmək üçün bölümlər bu sevimli canlıların yuvalarının bəzi hissələrindəndir.

Termitlərin göbələk baxçası

Termit yuvalarının ən önəmli qismi isə orada xüsusi havalandırma sisteminin olmasıdır. Dəriləri çox incə olan termitlərin nəmli havaya ehtiyacları var. Bu səbəbdən yuvaların istiliyi və rütubəti müəyyən bir ölçüdə olmalıdır. Əks təqdirdə termitlər yaşaya bilməzlər. Temperatur nəzarəti də rütubət kimi böyük həssaslıqla aparılır. Yuvada yaranan istilik termitlər üçün son dərəcə təhlükəlidir.

Termit yuvasının daxili görnüşünün sxemi

Hava çəkdikləri nazik kanallar vasitəsiylə yuvaya daxil olur. Onlar yerin altında açdıqları tunellərdən gələn sudan istifadə edərək rütubəti və istiliyi tənzimləyirlər. Bundan başqa, yuvada su basmanın qarşısının alınması üçün maili dam və novlar gözə çarpır.

Termitlər hündürlüyü bəzən 7 metrə çatan yuvalarını çox yaxşı qoruyurlar. Əgər divarda bir dəlik açılarsa, dərhal siqnal verilir. Növbətçi termitlər başlarını divarlara vuraraq təhlükəni xəbər verirlər. Bu zaman larvaları yuvanın daha təhlükəsiz qisminə aparırlar. Kraliça və kral termitin otaqlarının girişi tez hörülüb başa gələn divarlarla örtülür. Divarı uçan hissə tez “əsgər” termitlər tərəfindən mühasirəyə alınır. Sonra isə işçi termitlər işə cəlb olunurlar. Bir neçə saat içində yuva tikilib təmir edilir.

Bu kiçicik böcəklərin bütün işləri çox qısa bir vaxt ərzində etmələri aralarında qüsursuz bir xəbərləşmənin olduğunu göstərir. Böcəklər bu mürəkkəb işi apararkən bir-biri ilə necə harmoniyada olurlar? Bu canlılar, bu qədər mürəkkəb tikintini necə bacarırlar?

Termitlərin insanı daha təəccübləndirən tərəfi var. Bəhs etdiyimiz bütün bu sistemi quran, göydələn yüksəkliyində yuvalar inşa edən və onu güvənli şəkildə qoruyan termitlər kor canlılardır.

Dünyada 2000 termit növü mövcuddur. Bəzi termitlərin çox qəribə müdafiə üsulları var. İsti bölgələrdə yaşayan termit növləri yapışqanlı maye ifraz etmə qabiliyyətinə malik “əsgər”ləriylə seçilirlər. “Əsgər” termitlər bədənlərində kimyəvi maddə əmələ gətirərək yapışqan hala çevirirlər. Hətta bəzilərinin fışqırtdığı maye incə betonu belə deşə biləcək gücdə olur. Amma bu qədər təhlükəli olan yapışqan maye termitin bədənində əmələ gəlsə də özlərinə zərər vermir. Termitlər bu mayeni başlarının ön qismində yerləşən xortumlar vasitəsiylə fışqırdaraq düşmənlərini zərərsizləşdirirlər. Çox təəccüblüdür ki, kor termitlər düzgün hədəfi nişan alıb vura bilirlər.

Termitlərin sahib olduqları bu qüsursuz sistemlərin Allah tərəfindən yaradılması açıq-aşkardır. Apardıqları böyük memarlıq möcüzələrinin nəticəsində, bəyənilməyə və heyran olmağa layiq olan, şübhəsiz ki, bu kiçik məxluqlar deyil, onları bu istedadla, özəlliklərlə var edib yaradan Allahdır.

Uca Allah Musa peyğəmbərin (Allahın ona salamı olsun) dilindən Allahı Firona tanıtmaq üçün dediyi barədə Qurani-Kərimdə buyurur:

﴿ قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ ﴾

(Musa) dedi: “Rəbbimiz hər şeyə Öz (layiqli) yaradılışını verən, sonra da (o yaratdığına faydalı olan ən) doğru yolu göstərəndir!” (“Taha” surəsi, 50-ci ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

şərhlər

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *