“İslam ömrüm boyu düşündürən bütün vacib suallarıma cavab verdi.
Daniel Streyç
İsveçrə Xalq Partiyasının keçmiş üzvü Daniel Streyç İslamı terrorla eyniləşdirən və antiislam fikirləri, qanun layihələri ilə tanınan siyasətçi idi. O, İsveçrədə məscidlərin və minarələrin tikintisinə qadağa qoyulmasına dair referendumun təşəbbüskarı olsa da həmin vaxtlar baxışları kəskin surətdə dəyişir. Və Daniel Streyç müsəlmanlığı qəbul etdiyini bildirir.

Referendum 2009-cu ilin payızında keçirilir və ölkədə minarələrin tikilməsinin qadağan edilməsi ilə nəticələnir. Özünün etiraf etdiyinə görə, referendum onun üçün çox ağır keçir və minarələrin tikintisinə qadağanın qəbul edilməsi onun üçün “güclü zərbə” olur. O bildirir ki, İsveçrənin məscidlərə daha çox ehtiyacı var və müsəlmanların harda gəldi ibadət etməsi demokratik bir ölkə üçün düzgün sayılmaz.

Streyçin səsləndirdiyi bu etiraf bütün İsveçrəyə, xüsusilə də, onun partiyadaşlarına əsl şok yaşadır. Daniel Streyç artıq 2 il imiş ki, İslamı qəbul etdiyini hər kəsdən gizlədirmiş.

Məşhur siyasətçinin İslama gəlişinə bir çoxları kimi Qurani-Kərim səbəb olub.

Daniel Streyç həmişə İncil oxuyub və kilsəyə gedib. O, İslam tərəfdarları ilə müzakirələrdə onları təkzib etmək üçün Quranı öyrənir. Ancaq o oxuduqca başa düşür ki, kitabdakı fikirlərlə razıdır. “İslam ömrüm boyu düşündürən bütün vacib suallarıma cavab verdi. Bu cavabları mən heç yerdən ala bilmirdim”, — söyləyən siyasətçi müntəzəm olaraq məscidlərə gedərək hər gün 5 vaxt namaz qılır.

D.Streyçin sözlərinə görə, onun inancını açıqlamasına səbəb elə partiyadaşları tərəfindən İslama qara yaxılması istiqamətində aparılan kampaniya olub: “Mən bununla barışa bilməzdim. İsveçrənin böyük sayda məscidə ehtiyacı olduğu halda mən necə olub ki, bunun əleyhinə çıxmışam. Bu qanunverici təşəbbüs (minarələrin tikintisinin qadağan edilməsi) də qəlbimdə dərin iz qoyacaq”.

O etiraf edib ki, İslama qarşı əvvəlki münasibətinə görə utanır. O, günahlarının bağışlanması üçün İsveçrədə Avropanın ən gözəl məscidini tikdirmək arzusunda olduğunu söyləyib.

Ətraflı məlumat üçün bax

 

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *