“...Ey Haman! Mənim üçün palçığın üzərində od qala...”

Rəhman və Rəhim olan Allahın adı ilə

Uzun illər idi ki, alimlər dünyanın möcüzələrindən biri hesab edilən piramidaların tikilişinə valeh olaraq onun sirlərinin kəşfi qarşısında aciz qalmışdılar. Sanki bu bina cavabsız bir tapmaca idi və hündürlüyü 146 metr olan binanın ağır daşlarının necə qaldırılması hər bir kəsi heyrətdə qoymuşdu. Bir çox məsələlərdə olduğu kimi bu məsələdə də Qurani-Kərim müasir alimləri qabaqlayaraq piramidaların hansı üsulla tikildiyinə işarə etmişdir. Bu haqda Uca Allah buyurur:

﴿ وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ
فَاجْعَلْ لِي صَرْحًا لَعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ ﴾

“Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir İlah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və hündür bir qüllə düzəlt ki, (göyə qalxaraq) Musanın İlahını görüm. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm”.  (“əl-Qasas” surəsi, 38-ci ayə)

Uca Allahın nazil eydiyi “…Ey Haman! Mənim üçün palçığın üzərində od qala…” ayəsi vasitəsi ilə bizə aydın olur ki, fironlar hündür binalar tikərkən su, torpaq və istilikdən istifadə edərək süni daşlar düzəldərmişlər.

Nəhayət ki, 2006-cı ildə ABŞ alimləri piramidanın daşından nümunə götürərək 100 min dəfədən çox yaxınlaşdıran elektron mikroskop ilə baxarkən daşın süni yolla düzəldiyini, tərkibində təbii həddən daha çox suyun və hava boşluqlarının olduğunu kəşf etdilər.

Ətraflı məlumat üçün bax

ABŞ-ın məşhur “Live Sciense” adlı elmi saytı “The Surprising Truth About How the Great Pyramids Were Built” (Əzəmətli piramidaların necə tikildiyinə dair təəccüblü həqiqət) adlı məqalədəki şəklin alt yazısında deyir:

Professor Maykl Barsum bəzi daş bloklarının karxana daşı deyil, məhz qəliblərə tökülmüş olduğunu sübut etdiyi Misir piramidalarından birinin önündə dayanıb. (Fotokredit: Mişel Barsoum, Drexel Universiteti)

Ətraflı məlumat üçün bax

Həmçinin həmin saytda deyilir:

“Daha təəccüblüsü isə odur ki, Barsum və onun digər aspirant tələbələri, Aaron Sakuliç, bu yaxınlarda nümunələrdən birində diametri 1metrin milyardda biri olan silikon dioksid nanoölçülü kürələrin  olduğunu aşkar etdilər. Bu kəşf bir daha təsdiqləyir ki, bu bloklar təbii əhəngdaşı deyil”.

 

ABŞ-ın digər elmi saytında deyilir:

“Piramidalar əhəngdaşı, qranit, bazalt, gips və bişmiş çiy kərpicdən tikilmişdir”.

Ətraflı məlumat üçün bax

Fransanın elm və arxeologiya üzrə ixtisaslaşmış “Geopolymer” saytında deyilir:

“Piramida daşları qəliblərə tökülərək süni yolla insan tərəfindən yaradılmışdır”.

Ətraflı məlumat üçün bax

ABŞ-ın Direksel Universitetinin professoru Maykl Borsum 2006-cı ildə “Cizanın Möhtəşəm Piramidaları; Süni blokların sübutu” adlı kitab yazaraq sözügedən mövzuya ətraflı toxunmuşdur.

Məlumdur ki, Məhəmməd peyğəmbər ﷺ  nə Misirə getmiş, nə də ki, piramidaları görmüşdür və onun dövründə piramidaların tikilişi haqda heç kəsdə məlumat da yox idi.

Hər bir ağıl sahibinə aydın olmalıdır ki, 14 əsr bundan öncə Quranda deyilən xəbərin 21-ci əsrdə kəşf edilməsi Quranın həqiqətən də Allah tərəfindən nazil olmasına digər bir sübutdur.

Bu araşdırmadan sonra fəxrlə deyə bilərik ki, piramidaların tikilişinin həqiqi sirri barədə ilk olaraq danışan Amerika və Fransa alimləri deyil, məhz müsəlmanların ən müqəddəs kitabı olan və hər dəfə öz möhtəşəm möcüzələri ilə insanları heyrətdə qoyan Qurani-Kərimdir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *