Bu gün alimlər artıq ərazi itirmədən güclü strukturlar tikmək üçün arı pətəyini təqlid edirlər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Hər bir məxluqa nəzər saldıqda o məxluqda Uca Allahın elm və hikmətini görməmək mümkün deyil. Belə məxluqlardan biri də kiçik həcm və beyinə malik olmasına baxmayaraq böyük işlər görən və ecazkar xüsusiyyətlərə sahib olan bal arısıdır.

Çox maraqlıdır ki, “mühəndis” arı bu ağıllı xüsusiyyətlərini hardansa öyrənməklə və heç bir yerdə oxumaqla deyil, yaradılışından etibarən bilir.

Bir neçə əsrlərdir riyaziyyat alimləri etiqad edirlər ki, ən az tikinti materialları ilə ən böyük məsafə əldə etməyə uyğun olan şəkil altıbucaq şəklidir. Belə ki, bu şəkil, hətta, bərabər tərəfli üçbucaq və kvadratlardan da üstün sayılır. Alimlər bu fikirdə olmalarına baxmayaraq, onlar öz nəzəriyyələrini əsaslandırmağa aciz idilər.


Lakin professor Thomas Hiles Berhen 15 il bundan əvvəl riyaziyyat elminə söykənərək “arı pətəyi fərziyyəsi” adlandırdığı ixtira ilə üstünlük qazandı. O, ən az tikinti materialları ilə müəyyən bir sahəni bərabər bölmək üçün ən böyük məsafə əldə etməyə uyğun olan şəklin altı müntəzəm çoxbucaqlının olduğunu bəyan etdi. Çünki altıbucaq şəkil digər bütün həndəsi şəkillərdən daha az sahəni təşkil edir.

Ona görə də mahir “mühəndis” olan arı altıbucaq şəkilli pətəkləri ilə bir neçə fayda qazanır. Belə ki, arı mövcud olan yerdən maksimum dərəcədə yararlandığı üçün bu şəkildə o daha çox bal hazırlayır, daha güclü və yüngül pətək düzəldir və eyni zamanda ən az mum istifadə edir. Bütün bunları nəzərə alaraq arı pətəyini “gözəl memarlıq əsəri” adlandırsaq, təəccüblü olmaz.

Arıların özünəməxsus digər xüsusiyyətlərindən biri də pətəyi düzəldən zaman misilsiz köməkləşmələridir. Arı tikinti əməliyyatını üç və ya dörd tərəfdən başlayır və pətəyin mərkəzi olan birləşmə nöqtəsinə qədər davam edir. Bu əməliyyat heç bir səhvsiz, harmonik şəkildə və yüksək dəqiqliklə baş verir. Balın tökülməməsi üçün arı bir-birinə söykənmiş pətəyin künclərini hesablayaraq 13 dərəcə maili edir.

Qəribə olanı da budur ki, “mühəndis” arı bu ağıllı xüsusiyyətlərini hardansa öyrənməklə və heç bir yerdə oxumaqla deyil, yalnız doğulandan etibarən bilir. Bu barədə Allah-Təala bizə rəhmət olaraq göndərdiyi, Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi Qurani-Kərimdə buyurur:

﴿ وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ. ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ ﴾

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (“ən-Nəhl” surəsi, 68,69-cu ayələr)

Bu gün alimlər artıq ərazi itirmədən güclü strukturlar tikmək üçün arı pətəyini təqlid edirlər. Hətta, aviasiya mühəndisləri də təyyarənin güclü, lakin az yanacaq sərf etməsi üçün onun qurulmasında yüngül olan arı pətəyinə bənzər panellərdən istifadə edirlər.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ ﴾

“Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Əksinə, zalımlar açıq-aydın azğınlıqdadırlar”. (“Loğman” surəsi, 11-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *