“Oruc qalxandır (qoruyucudur)”

Təbii qidalanma və sağlamlıq sahəsində dünyanın ən tanınmış həkimlərindən olan amerikalı professor, dr. Jon Dullardın (John Douillard) rəsmi saytında deyilir:

“Fizioloji prosesin əsas mexanizmi olan otofagiyanı (autophagy) kəşf etdiyi üçün yaponiyalı həkim Yoshinori Ohsumiyə Fiziologiya və Tibb üzrə 2016 — cı ildə Nobel mükafatı verilmişdir. Otofagiya bədəndəki zədələnmiş hüceyrələri, zülalları, toksinləri təmizləyən və təkrar emal edən təbii prosesdir. Autophagy sözü yunan mənşəli söz olub iki  — “auto” (öz) və “phagy” (yemək) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Bu, orqanizmin öz evini təmizləməsi üsuludur. Bədənin təmizlənməsi aclıq, kalori itkisi və oruc tutan zaman baş verir. Orqanizm otofagiyanı tətbiq etmədikdə zədələnmiş hüceyrə və strukturlar təhlükəli şəkildə bədənə yığıla bilir. Otofagiya –orqanizm, xərçəng hüceyrələrinin təbii şəkildə zərərsizləşdirilməsi, zərərli bakteriya və virusların yoluxduğu hüceyrələri azaltmaq üçün istifadə edilən bir üsuldur.

Dr. Ohsumi otofagiyanı tənzimləyən genləri müəyyən edə bilmiş və otofagiyada olan pozğunluqların səbəbini bir sıra degenerativ xəstəliklərə bağlamışdır. O, hər bir tədqiqatında otofagiyanın fəaliyyəti üçün aclıqdan istifadə etmişdir.

Oruc zəhərli və dağılmış hüceyrələrin parçalanmasında və təmizlənməsinə yardım edən amil olaraq müəyyənləşdirilmişdir.

Həqiqətən də araşdırmalar göstərmişdir ki, müntəzəm olaraq qida qəbul etməklə müqayisədə, aclıq, oruc və kalori məhdudiyyəti ilə hüceyrələr daha uzun müddət yaşayır və mitokondriya (hüceyrə) daha çox enerji təmin etmiş olur.

Digər araşdırmalar da göstərmişdir ki, müntəzəm oruc tutmaq və ya kalori məhdudiyyəti yaşlanma prosesinə təbii yolla təsir göstərə bilər.

FASİLƏ İLƏ TUTULAN ORUC

Bu gün biz fasilə ilə tutulan orucun bir sıra xəstəliklərə faydalı olduğunu öyrənirik. Davamlı yemək ürək damar xəstəliklərindən tutmuş, qan təzyiqi, şəkər, beyin, artıq çəki kimi təhlükəli xəstəliklərə səbəb ola bilir.

Fasiləli orucun 10 faydası:

1. Şəkərli diabet riskini azaldır

2. Ürəkdamar xəstəlikləri riskini azaldır

3Uzunömürlülüyü artırır

4. Xərçəngə qarşı müdafiəni gücləndirir

5. Nevroloji narahatlıqları azaldır

6. İltihabı aradan qaldırır

7Piy qatı səviyyəsini balanslaşdırır

8Qan təzyiqini normallaşdırır

9Oksidləşdirici stresi azaldır

10. Çəkini balanslaşdırır”.

Ətraflı məlumat üçün bax

Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

(الصِّيَامُ جُنَّةٌ)

“Oruc qalxandır (qoruyucudur)”. (Buxari, Müslim və digərləri rəvayət etmişdir. Hədisin bu ləfzi Müslimindir.)

Hədisdə orucun qalxan kimi vəsf edilməsi bu dünyada oruc insanı günahlardan və xəstəliklərdən, axirətdə isə əzabdan qoruyacağı kimi anlaşılır.

Böyük İslam alimlərindən olan Məhəmməd ibn Əbu Bəkr (1292-1350) demişdir:

Oruc ruh, ürək və bədən xəstəliklərinə qarşı qalxandır. Onun faydaları saydıqca tükənmir. Səhhəti qorumaqda, lazımsız maddələrin əriməsində orucun böyük təsiri vardır…” (“ət-Tibb ən-Nəbəvi” kitabı)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *