“...oruc tutanların yoluxma riski azalır...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Yoluxucu xəstəliklər və epidemiologiya sahəsində ən məşhur mütəxəssislərdən biri, İsveçin Karolinska Universitetinin fəxri professoru, COVİD-19 qrupunun 8 üzvündən biri, Yoluxucu Təhlükələrə dair Strateji və Texniki Məsləhət Qrupunun üzvü (STAG-IH), yeni koronavirusun inkişafını məsul şəxs kimi izləyən Yohan Gizek (Johan Giesecke) 22 Aprel 2020-ci il tarixində İsveç radiosunun ərəb dili şöbəsindəki müsahibəsində “boğaz quru qaldığı üçün oruc tutmaq koronavirusa yoluxma riskini artırırmı?” sualına belə cavab verib:

“Bu iddialara heç bir elmi dəlil yoxdur. Təkid edirəm ki, bunun əksi daha doğrudur. Çünki nəmlik koronavirusun selikli qişasının inkubasiyası üçün müvafiq mühiti təmin edir və oruc tutanların yoluxma riski azalır”.

Professor Yohan əlavə edərək söyləyib:

“Ramazan ayında oruc tutanlara gündə bir neçə dəfə ağızlarını yaxalamağı məsləhət görürəm. Orucun bədən və immunitet sisteminə heç bir əks təsiri mövcud deyil. Ona görə də oruc tutanlara istər ağız, istərsə də tənəffüs yolları ilə virusa yoluxma təhlükəsi yoxdur”.

Ətraflı məlumat üçün bax:

Maraqlıdır ki, professorun ağzı gündə bir neçə dəfə yaxalamaq məsləhətinə artıq 1440 ildir ki, namaz qılan əksər müsəlmanlar Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərinə uyğun olaraq ən azı gündə beş dəfə dəstəmaz əsnasında ağız və burunlarını yaxalamaqla riayət edirlər.

Yohan Gizek “Modern Infectious Disease Epidemiology” (Müasir İnfeksion Xəstəlik Epidemiologiyası) kitabının müəllifidir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *