“Tədqiqatçılar ana qarışqaların...incə səslər çıxardıqlarını aşkar etdilər”.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allahın yaratdığı hər bir canlının özünəməxsus heyrətamiz yaradılışı vardır. Həmin canlılardan biri də zəhmətkeş kimi tanıdığımız qarışqalardır.

Təbiətdə 12 min qarışqa növü var. Ümumi olaraq Yer üzündəki qarışqaların sayı isə insanların sayından dəfələrlə çoxdur. Məlumdur ki, qarışqalar bir-birləri ilə hava vasitəsilə, kimyəvi siqnallarla ünsiyyət qururlar.

Onların danışmalarını və eşitmələrini isə alimlər yaxın zamanlarda kəşf etməyə başlayıblar.

Qarışqalar aləmində hər qarışqanın, hər qarışqa növünün müxtəlif hadisəyə uyğun olan özünəməxsus fərqli səs tezlikləri vardır. Ona görə də alimlər bu qədər səsin qarşısında heyrətə gəliblər. İlk dəfə qarışqanın səsi 2006-cı ildə Oksforddakı Mississippi Universitetinin Milli Fiziki Akustika Mərkəzinin professoru Robert Hikling tərəfindən lentə alınmışdır. Aparılan araşdırmalara görə, qarışqaların eşitmə qabiliyyəti insanların eşitmə qabiliyyətindən daha üstündür. Alimlərin gəldiyi qənaətə görə, qarışqalar səs tezliklərini yaymaq və qəbul etmək üçün buynuzlarından antena kimi istifadə edirlər. Tədqiqatçıların dediyinə görə, hətta qarışqalar eşitdikləri səsi gücləndirməyi və fərqləndirmək üçün əlavə səsləri filtirdən keçirərək təmizləməyi belə bacarırlar.

Qarışqaların bir-birləri ilə olan bu heyrətamiz əlaqə sistemini alimlər yeni kəşf etmələrinə baxmayaraq Uca Allah Qurani-Kərimdə 1440 il bundan qabaq qarışqaların danışmasına və eşitməsinə açıq-aydın işarə etmişdir.

Uca Allah buyurur:

﴿ وَحُشِرَلِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنْسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ. حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَايَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ. فَتَبَسَّمَ ضَاحِكًا مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْأَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ ﴾

“(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda (ana) qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi sındırmasınlar!” (Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama verdiyin nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”. (“ən-Nəml” surəsi, 17-19-cu ayələr)

Bu mübarək ayədən aydın olur ki, həqiqətən də qarışqalar danışmaq və eşitmək qabiliyyətinə malikdirlər.

Lakin alimlərin araşdırmalarına görə, qarışqalar insanların çıxartdığı səslərə reaksiya vermirlər. Elə buna görə də alimlər son zamanda etdikləri kəşfə qədər qarışqaların heç bir şeyi eşidə bilmədikləri qənaətində idilər.

MÜASİR ALİMLƏRİN QARIŞQALARIN DANIŞMASINI KƏŞF ETMƏLƏRİ

İngiltərənin 2009-cu ildə “Digital Journal” dərgisinin “Qarışqalar bir-birləri ilə danışırlar” (Ants talk to each other) adlı məqaləsində deyilir:

“Alimlər ana qarışqaların öz qarışqalarına yuvada təlimat verərək müntəzəm surətdə bir-birilə danışdıqlarını kəşf etdilər. Alimlər ana qarışqaların bir-birilə danışıqlarını qeydə almaq üçün yuvalara miniatür mikrofon və dinamiklər yerləşdirdilər”.

Həmçinin deyilir:

“Tədqiqatçılar ana qarışqaların işçi qarışqalara xüsusi statuslarını bildirmək üçün incə səslər çıxardıqlarını aşkar etdilər”.

Ətraflı məlumat üçün bax

2013-cü ildə ABŞ-ın Elmi İnkişaf Dərnəyinin rəsmi saytında dərc edilən “Qarışqalar danışır” (The Ants Are Talking) başlıqlı məqaləsində deyilir:

“Bir qarışqa kimi sağ qalmaq istəyirsənsə, səs çıxartmağa hazır ol. Yeni bir araşdırma göstərir ki, qarışqalar — sürfələr və böyüklər arasındakı bir mərhələ — səs vasitəsi ilə ünsiyyət qura bilər və bu əlaqə onların həyatda qalmaları üçün həlledici rol oynayır”.

Eyni zamanda deyilir:

“Bir neçə il öncə tədqiqatçılar daha çox Avropa və Asiyada rast gəlinən və 200-dən artıq müxtəlif növü bilinən Mirmika kimi bəzi qarışqa növlərinin səs çıxardığını öyrənməyə başladılar. İlkin araşdırmalar göstərdi ki, bu səs əsasən təcili işarə rolunu oynayır və qarışqa hər hansı yırtıcı heyvan tərəfindən təhdid olunduqda qışqırmağa başlayır”.

Həmçinin belə deyilir:

“Bu səsin gələcək təhlili göstərdi ki, bu mürəkkəb səsin daha sadələşmiş versiyasıdır. Bu səs yetkin həşəratın “Kömək!” dediyi zaman böyük həşəratın “Ey, mən burdayam! Gəlin, kömək edin! Bu sizin dostunuzdur!” — deyişidir”.

Ətraflı məlumat üçün bax

2015-ci ildə ABŞ-ın ensiklopedik saytında dərc edilən “Böcək qarışqaların dilində danışaraq onları aldadır” (Beetle Tricks Ants by Speaking their Language) adlı məqaləsində deyilir:

“Kimyəvi siqnallardan əlavə qarışqalar aşağı tezlikli xüsusi “cingiltili” səslər çıxararaq da ünsiyyət qururlar”.

Həmin saytda deyilir:

“Mərakeşdə qarışqa yuvası böcəkləri və onların “Feydole palidula” növləri ilə araşdırma aparan alim Di Giulio (italyan zooloqu) və komandası aşkarladılar ki, bu qarışqa növləri şahzadə, işçilər və əsgərlər olmaqla 3 formada özlərinə görə fərqli səslər çıxarırlar”.

Məşhur ABC News kanalının “Qarışqalar nə deyir” (What Ants Are Saying) adlı verilişində yayınlanan qarışqaların səsi:

Alimlərin 21-ci əsrdə etdiyi bu heyrətamiz kəşfi Qurani-Kərimin 14 əsr öncə deməsi, həqiqətən də Quranın insan sözü deyil, məhz Allah kəlamı olduğuna və Məhəmmədin də (Allahın ona salavat və salamı olsun) Uca Allah tərəfindən göndərilən həqiqi peyğəmbərliyinə bir daha sübutdur.

Uca Allah buyurur:

﴿ وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ ﴾

“Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən sonra mütləq biləcəksiniz!” (“Sad” surəsi, 88-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *