“Daxili dalğalar peyk əsrinə qədər elmə çox az məlum olan qəribə hadisələrdir...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə 

Uca Allah insanlara nur göstərən və göndərdiyi kitabların sonuncusu olan Qurani-Kərimdə tükənməyən bir çox möcüzələrə işarə etmişdir ki, bu möcüzəvi kitaba inanmayanlar onun Uca Allah tərəfindən haqq olaraq nazil edildiyinə yəqin olsunlar və Qiyamət günündə “ey Rəbbimiz, bizə doğru yolu göstərən bir kitab və peyğəmbər göndərmədin” deməyə bəhanələri qalmasın. Lakin buna baxmayaraq qəlbləri möhürlənmiş insanlar Quranda qeyd edilən əzəmətli möcüzələrdən yan keçməkdə davam edirlər. Sanki özləri özlərinin Allahın razılığını qazanmağa layiq olmadıqlarını təsdiqləyirlər. Hansı ki, o razılığı qazanmaq hər adama nəsib olmur..

İnsanları aciz qoyan həmin bu möcüzələrdən biri də yalnız 20-ci əsrdə kəşf edilən dənizlərin dərinliklərində olan dalğalara Qurani-Kərimin açıq-aydın işarə etməsidir.

Uca Allah buyurur:

﴿ أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِنْ فَوْقِهِ مَوْجٌ مِنْ فَوْقِهِ سَحَابٌ ۚ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا ۗ وَمَنْ لَمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِنْ نُورٍ ﴾

“Yaxud (Allahı inkar edənlərin əməlləri) dərin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud örtər. (Bu) bir-birinin üzərində olan zülmətlərdir. O, əlini çıxartdıqda, az qala onu görməz. Allah kimə nur (iman) verməzsə, onun nurdan payı olmaz”. (“ən-Nur” surəsi, 40-cı ayə)

Uca Allah bu ayədə iman etməyənlərin hərəkətlərini okeanın qaranlıq dərinliklərində olan bir insana bənzədərək 20-ci əsrə qədər insanlara naməlum olan suyun dərinliyindəki dalğaya işarə etmişdir. Burada suyun dərinliyindəki dalğalar onu bürüyür və sonra suyun səthində ikinci bir dalğa qatı və bu dalğanın üstündə Günəş işığını əngəlləyən qalın bulud da vardır.

Beləliklə, bu iman etməyən kəs bir-birinin üzərində olan — dənizin zülmətinin, dalğaların zülmətinin və Günəşin işığını kəsən buludun zülmətinin içində yaşayanın misalına bənzəyir.

MÜASİR ELMİN SUALTI DALĞALARI KƏŞF ETMƏSİ 

Yaxın zamana qədər Yer üzündə olan bütün insanlar dənizdə yalnız bir dalğanın olduğunu hesab edirdilər. Lakin alimlər peykin kəşfindən sonra dənizləri peykdən müşahidə edərkən, həqiqətən də, dənizin 200-500 metr dərinliyində həddindən artıq böyük dalğaların olduğunu görməyə başladılar. Alimlərin dediklərinə görə, həmin bu yeni kəşf edilən dalğalar səthdə olan dalğalardan dəfələrlə daha güclü və daha böyükdürlər.

Amerikanın Massaçusets ştatının Voods Hol Okeanoqrafik İnstitutunun rəsmi internet səhifəsində 2014-cü ildə dərc edilən “Dalğaların içindəki dalğalar. Alimlər daxili dalğaların möcüzəli hadisələrini təqib edirlər” (The Waves Within the Waves. Scientists stalk the mysterious phenomenon of internal waves) adlı başlığı altındakı məqaləsində deyilir:

“1970-ci illərdə alimlər  Massaçusets Körfəzinin (ABŞ) daxili dalğalarını öyrənməyə başlamışdılar. Ancaq daxili səs dalğalarını exosəsyazıcı vasitəsilə aşkar edə bilsələr də, dalğaların mənbəyini tapmaq çətin idi. Alimlər 70-ci illərin sonlarında peyk şəkillərindən istifadə edərək ərazidən çıxan daxili dalğaların böyük bir sualtı yaylası olan Stellvagen Sahili yaxınlığında fərqinə vardılar. Təxminən 40 il ərzində Stellvagen Sahili  Massaçusets Körfəzində bilinən yeganə daxili dalğa mənbəyi idi”.

Ətraflı məlumat üçün bax:

Kəşf edilmiş yeraltı dalğaların peykdən görüntüsü 

NASA-nın Yer ile maraqlanan saytında  2016-cı ildə dərc etdiyi “Suyun üstündəki və altındakı dalğalar” (Waves Above and Below the Water) başlıqlı məqaləsində deyilir:

“Daxili dalğalar peyk əsrinə qədər elmə çox az məlum olan qəribə hadisələrdir. Onlar 100 metr hündürlükdə və 10 -100 kilometr uzunluqda ola bilirlər. Yuxarıdakı şəkildə günəş şüası ilə inkişaf etdirilmiş dəniz səthi boyunca hərəkət edən uzun dalğalar dənizin altında 10-100 metr uzunluğunda hərəkət edən həmin dalğaların təzahürüdür”.

Ətraflı məlumat üçün bax:

Yer kürəsindən bəhs edən məşhur ABŞ saytı 2014-cü ildə dərc etdiyi “Nəhəng sualtı dalğalar gücünü göstərir” (Giant Underwater Waves Show Their Power) başlığı altındakı məqaləsində deyir:

“Elm adamlarının sualtı dalğa adlandırdıqları daxili dalğalar okeanın tamamilə daxilində gizlənmişdir. Onlar dəniz səthində praktik olaraq çox da hiss olunmayan 1 düymlük dalğalar əmələ gətirirlər. Ancaq hündürlüyü 170 metrə (550 fut) çatan bu ağacqıran nəhənglərin Yer səthinin iqliminə və okean ekosisteminə böyük təsir etdiyi müşahidə edilmilşdir”.

Ətraflı məlumat üçün bax:

Həmin saytda həmçinin deyilir:

“2013-cü ilin fevral ayında Beynəlxalq Kosmik Stansiyasından çəkilən bu astronavt fotoşəkili Karib dənizinin cənub-şərqindəki Trinidad adasının şimal sahillərini və yuxarıda solda görsənən nəhəng daxili dalğaları əks etdirir”.

Ətraflı məlumat üçün bax:

Alimlərin 21-ci əsrdə milyonlar xərclədikdən sonra etdikləri bu heyrətamiz kəşfi Qurani-Kərimin 14 əsr öncə deməsi, həqiqətən də, Quranın insan sözü deyil, məhz Allah kəlamı olduğuna və Məhəmmədin də (Allahın ona salavat və salamı olsun) Uca Allah tərəfindən göndərilən həqiqi peyğəmbərliyinə bir daha sübutdur.

Uca Allah buyurur:

﴿ وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنكِرُونَ ﴾

“O sizə Öz möcüzələrini göstərir. Siz Allahın hansı möcüzələrini inkar edirsiniz?”

(“Ğafir” surəsi, 81-ci ayə)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *