Cameron Currie deyir: "Təbiətdəki ən yaxşı öyrənilmiş həşəratlardan birində bunu tapmış olmamız bizi, həqiqətən, sevindirir”.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Uca Allahın Yer üzündə yaratdığı canlıların gözəlliyi və onların həyat tərzi hər bir ağıl sahibini heyrətdə qoyub. Həmin canlılardan biri də 11 mindən çox növü olan qarışqalardır. Qarışqa ilə bağlı keçən araşdırmamızda Qurani-Kərimdə deyilsə də, elmə əsrlər boyu qaranlıq qalan və nəhayət ki, təsdiqini tapan məsələ qarışqaların danışma və eşitmə qabiliyyətinin olması idi. Bu dəfə söhbət açacağımız mövzumuz isə Uca Allahın qarışqanın cisminin sınmağa qabil olan şüşədən ibarət olmasına işarə etməsidir.

Belə ki, Uca Allah Qurani-Kərimdə qarışqanın dilindən buyurur:

﴿ حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ ﴾

“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda (ana) qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi sındırmasınlar!” (“ən-Nəml” surəsi, 18-ci ayə)

Ayədə yumuşaq qarışqaya aid edilən “sındırmasınlar” sözünə görə Qurana qarşı qəlblərində ikrah hissi olanlar guya Quranda səhv olduğunu iddia edirdilər. Elm inkişaf etdikdən sonra son əsrdə alimlər, həqiqətən də, bəzi qarışqa növlərinin bədəninin tərkib hissəsində şüşə və kristalın olduğunu kəşf etməyə başladılar.

Şüşə qarışqanı elmin kəşf etməsi

ABŞ-ın müxtəlif elmlərdən bəhs edən məşhur “worldbuilding” saytında 2017-ci ildə dərc edilən “Şüşə qarışqalar öz tunellərini necə yaradırlar? (How do Glass Ants create their tunnels? “Şüşə qarışqalar heyranedici növdürlər” (Glass Ants are a fascinating species) başlıqlı məqalələrində deyilir:

“Biz onları bəşəriyyətin son əsrlərindəki quraq səhra dünyasında kəşf etdik. Görünür, onlar Yer kürəsində sonradan unikal bir şey kimi inkişaf etmişdirlər”.

Ətraflı məlumat üçün bax:

Həmçinin məşhur “National Geographic” saytı 2020-ci ildə dərc etdyi “Yarpaqkəsən qarışqalarda əvvəllər heç vaxt həşəratlarda görünməyən kristal zireh var” (Leaf-cutter ants have rocky crystal armor, never before seen in insects) adlı məqalədə deyilir:

“Tədqiqatçılar yarpaqkəsən qarışqaların ekzoskeletini araşdırarkən onu əhatə edən dolomitə oxşar yeni mineral növü aşkar ediblər (*Dolomit* — bir neçə fərqli rəngə malik, lakin əsasən şəffaf olub sına bilən mineraldır)”.

Dolomitin fotoşəkli

Bu örtük yarpaqkəsən qarışqalarda onların ekzoskeletini sərtləşdirən minlərlə nazik kristallardan ibarətdir. “Nature Communications” jurnalında dərc olunmuş 24 Noyabr, 2020 tarixli məqaləyə görə, bu “zireh” həşəratların digər qarışqalarla döyüşlərdə əzalarını itirməsinin qarşısını alır və göbələk infeksiyalarından qoruyur. Bu kəşf xüsusilə təəccüblüdür. Çünki qarışqalar çox yaxşı tanınan həşəratlardır.

Viskonsin-Madison Universitetində tədqiqatın müəllifi, təkamülçü bioloq Cameron Currie deyir: “Yarpaqkəsən qarışqalar haqqında minlərlə məqalə vardır. Təbiətdəki ən yaxşı öyrənilmiş həşəratlardan birində bunu tapmış olmamız bizi, həqiqətən, sevindirir”.

Ətraflı məlumat üçün bax:

Quran nazil olan zaman heç bir elm qarışqanın cismini araşdıraraq onun tərkibində şüşənin və sınan maddənin olduğunu kəşf etməmişdi. Yuxarıda qeyd etdiklərimizdən aydındır ki, qarışqanın cismində şüşənin olması yaxın illərə qədər alimlərə yad gələn bir məsələ olmuş və nəhayət ki, həmişə olduğu kimi bu dəfə də Uca Allahın haqq olaraq nazil etdiyi Qurani-Kərim elmi qabaqlayaraq heyrətamiz bir həqiqəti aşkar etmişdir.

Uca Allah buyurur:

﴿ وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ ﴾

“Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər”. (“Səba” surəsi, 6-cı ayə)

1 şərh

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *