"UCA ALLAH QARA DƏLİKLƏRİ GÖY ÜZÜNÜN SÜPÜRGƏSİ YARATMIŞDIR…"

Rəhman və Rəhim olan Allahın adı ilə

Uca Allahın bu sirli kainatda yaratdığı məxluqatların günü-gündən kəşf edilməsi alimləri heyrətdə qoyur. Həmin məxluqatların ən sirli və müəmmalısı son zamanlar kəşf edilən Qara dəliklərdir. Alimlər qara dəlikləri kainatda bu günə qədər kəşf edilən ən əzəmətli, əcaib və sirli bir varlıq hesab edirlər.

Qara dəlik haqda 1784, 1915, 1967 və 1970-ci illərdə alimlər tərəfindən ümumi iddialar irəli sürülsə də, həmin bu Qara dəlik yalnız 2019-cu ildə müşahidə edilmişdir.

Yerə ən yaxın Qara dəlik təxminən 1500 işıq ili uzaqlıqda yerləşir. O qədər sıxlığa malikdir ki, Yer kürəsi onun içinə girsə, Yer öz ağırlığını itirmədən 1 sm-lik cismə çevriləcəkdir. Alimlər bu Qara dəliyi “ulduz qəbiristanlığı” da adlandırırlar. Çünki o, önünə keçən hər bir ulduzu öz cənginə alaraq məhv edir.

Məlumdur ki, Yerin cazibəsindən çıxmaq üçün saniyədə 11 km sürətlə hərəkət etmək lazımdır.

Saniyədə 300.000 km sürətində hərəkət edən işıq belə onun cazibə qüvvəsindən qurtula bilmir. Həddindən artıq olan sürətinə görə görünməsi mümkün olmayan bu məxluqa “Qara dəlik” (Black hole, Черная дыра) adı verilmişdir və ilk dəfə olaraq onun fotosu 2019-cu ildə əldə edilmişdir.

Məşhur “Space” saytı “Black holes: Everything you need to know” (“Qara dəliklər: haqqında Abilməli olduğunuz hər şey”) adlı məqalədə deyir:

 

 “Qara dəliyin ilk şəkli 2019-cu ildə Event Horizon Telescope (EHT) əməkdaşlığı tərəfindən çəkilib”.

Ətraflı məlumat üçün bax:

Həmçinin NASA da 2019-cu ildə öz saytında Qara dəliyin ilk foto və videosunu paylaşmışdır.

Ətraflı məlumat üçün bax:

Bəzi alimlər Günəşdən ən azı 10 dəfələrlə böyük ulduzların məhv olduğu zaman qırmızı bir nəhəng məxluqa çevrildikdən sonra Qara dəlik olduğunu demişdirlər. Bir qrup alim isə Qara dəliklərin kainatın ilk yaradılışından bəri mövcud olduğu fikrindədir. Bəzi alimlər Qara dəliklərin Günəşdən 10 dəfələrlə, digər alimlər isə onların Günəşdən milyardlarla olmasa da, milyonlarla daha böyük olduğu fikrini irəli sürmüşdürlər. Qara dəliklər əksər qalaktikalarda və o cümlədən bizim Saman yolu qalaktikamızda da mövcuddur.

Dünyanı aciz qoyan bu Qara dəliklər kəşf edildikdən 1440 il öncə Uca Allah buyurmuşdur:

﴿ فَلَا أُقْسِمُ بِالْخُنَّسِ، الْجَوَارِ الْكُنَّسِ، وَاللَّيْلِ إِذَا عَسْعَسَ، وَالصُّبْحِ إِذَا تَنَفَّسَ، إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ﴾

“And içirəm görünməyənlərə, sürətlə hərəkət edib süpürənlərə, qaralmaqda olan gecəyə və açılmaqda olan səhərə! Həqiqətən də bu (Quran Allah yanında) çox hörmətli olan bir elçinin (Cəbrayılın gətirdiyi) sözüdür”. (“ət-Təkvir” surəsi, 15-19-cu ayələr)

9-cu əsrin böyük təfsir alimi Məhəmməd ibn Cərir ət-Təbəri demişdir:

عن خالد بن عُرعُرة، أن رجلا قام إلى عليّ رضي الله عنه، فقال: ما( الْجَوَارِ الْكُنَّسِ ) ؟ قال: هي الكواكب

“Xalid ibn Urura deyir ki, bir kişi qalxaraq Əliyə (radiyallahu anhu) dedi: “Sürətlə hərəkət edib süpürənlər nədir?” Əli dedi: “O, ulduzlardır””.

Həmçinin Təbəri nəql edir ki, Qatədədən belə rəvayət olunur:

(…عن قتادة: قوله: ( فَلا أُقْسِمُ بِالْخُنَّسِ * الْجَوَارِ الْكُنَّسِ ) قال: هي النجوم)

“Allah-Təalanın “And içirəm görünməyənlərə, sürətlə hərəkət edib süpürənlərə” dediyi ulduzlardır…” (Təbəri, “Cəmiu əl-bəyən fi təfsir əl-Quran”, “ət-Təkvir” surəsi)

Ətraflı məlumat üçün bax:

14-cü əsrin böyük təfsir alimi İbn Kəsir demişdir:

(وكذا روي عن ابن عباس ومجاهد والحسن وقتادة والسدي وغيرهم أنها النجوم)

“Həmçinin İbn Abbasdan, Mücahiddən, Həsəndən, Qatədədən, Suddidən və digərlərindən onların ulduz olduqları rəvayət edilmişdir”. (İbn Kəsir,”Təfsir əl-Quran əl-azim”, “ən-Təkvir” surəsi)

Ətraflı məlumat üçün bax:

Ayədə keçən bir neçə sözə diqqət edək:

  1. əl-xunnəs kəlməsi “gizlənmiş və görsənməyən” mənasını verir. Bəzən şeytan da xunnəs və ya xannəs adlanır. Çünki hər ikisi Adəm oğulları tərəfindən gözlə görülmür. Bu da müasir alimlərin Qara dəlik haqda dedikləri (invisible) kəlməsinin təsdiqidir.
  1. əl-cəvari kəlməsi “sürətlə hərəkət edən” mənasını verir. Bu da müasir alimlərin Qara dəlik haqda dedikləri (move) kəlməsinin təsdiqidir.

3. əl-kunnəs kəlməsi isə önünə keçəni süpürüb sovurması mənasını verir. Bu da müasir alimlərin Qara dəlik haqda dedikləri (vacuum cleaner) kəlməsinin təsdiqidir.

Qeyd edək ki, əl-kunnəs sözünün digər mənası isə öz yerinə qayıdıb gizlənən deməkdir.

Maraqlıdır ki, bir çox elmi saytlar və o cümlədən də ABŞ-ın “ABC News” saytı “Black Holes: The Deadliest Force in the Universe” (Qara dəliklər: Kainatdakı ən ölümcül qüvvə) adlı məqalədə Quranda Uca Allahın bu ulduzu vəsf etdiyi hər 3 kəlməni qeyd edərək deyir:

“Ulduzlar ölərkən bəzən Qara dəliklər əmələ gətirir. Nəhəng bir göy cisminin nüvəsi çökəndə o, son dərəcə böyük bir cazibə qüvvəsi yaradır. Hərəkət edərkən görünməz kosmik tozsoran kimi yoluna çıxan hər şeyi udur. Hətta işıq belə qaça bilmir”.

Ətraflı məlumat üçün bax:

Bəlkə də donuzları yer üzünün süpürgə kimi zibil yığanı yaradan Uca Allah qara dəlikləri də göy üzünün süpürgəsi yaratmışdır…

Əlbəttə ki, elmin inkişaf etmədiyi bir dövrdə Quranın dünya alimlərini hələ də çaşqınlıqda qoyan bu Qara dəliklər haqda xəbər verməsi onun, həqiqətən də, Uca Allah tərəfindən Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil olmasına ağıl sahibləri üçün tutarlı bir sübutdur.

Uca Allah buyurur:

﴿ وَلَقَدْ جِئْنَاهُمْ بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ ﴾

“Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab (Quran) gətirdik”. (“əl-Əraf” surəsi, 52-ci ayə)

Müəllif: Samin Məmmədov
Tərcümə: Fatimə Nabatlı
Korrektor: Vəfa Məmmədova
Dizayn: Ramin Baxşıbəyli

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *