“Nütfənin üzərindən 42 gecə keçdikdə, Allah ona bir mələk göndərər...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Hamiya bəllidir ki, insan, hətta, digər məxluqatlar ağılasığmaz bir formada yaranaraq dünyaya göz açırlar. İnsanın ana bətnində yaranması, qidalanması, nəfəs alması və s. doğurdan da çox düşündürücü bir prosesdir. Düşünməyə vadar edən məsələlərdən biri də elmin və texnologiyanın çox zəif olduğu bir dövrdə Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərində rüşeymin ana bətnində tam dəqiqliklə hansı mərhələlərdən keçərək insan halına düşdüyü barədə məlumatların verilməsidir.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) hədislərinin birində buyurmuşdur:

إذا مر بالنطفة ثنتان وأربعون ليلة بعث الله إليها ملكاً فصوًّرها وخلق سمعها وبصرها وجلدها ولحمها وعظمها

“Nütfənin üzərindən 42 gecə keçdikdə, Allah ona bir mələk göndərir. O mələk də ona surət verir, onun qulağını, gözünü, dərisini, ətini və sümüyünü yaradır”. (Hədisi Müslim rəvayət etmişdir.)

Elm inkişaf etdikcə yeni həqiqətlər üzə çıxmışdır. Əgər biz embriologiya elmi (rüşeymin inkişafını öyrənən elm) ətrafında araşdırma aparsaq və Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bəhs etdiyi inkişaf mərhələsi barəsində olan məlumatlara nəzər salıb rüşeym 42 günlük olduqda onunla nə baş verdiyinə baxsaq, nələr görə bilərik?

Nə üçün məhz 42 gün? Məhz bu rəqəmin qeyd olunması nə deməkdir? Bütün bu sualların cavabını rüşeymin, xüsusən, 5-ci, 6-cı, 7-ci həftələrdə olan inkişaf mərhələsini əks etdirən şəkillər əsasında açıqlayacağıq.

Daha sonra isə elmi sübutlarla Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisini müqayisə edib uzlaşdıracağıq.

Rüşeymin nütfə olduğu haldan 42-ci həftəsinə qədər olan inkişaf mərhələsi

Göründüyü kimi rüşeym insan şəklinə yalnız 42-ci gündən sonra düşür. Bu da sevimli Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədisində qeyd etdiyi kimidir.

Rüşeym ilk öncə nütfədən ibarət olur və insan surətinə bənzəmir. Daha sonra yenə də heç bir tərəfdən insan surətinə bənzəməyən bir qan laxtasına çevrilir. Nəhayət,ət parçasına çevrilir və yenə də insan surətinə bənzəmir. Lakin 42-ci günü tamam olduqda artıq rüşeymin açıq-aydın insan surətini aldığını və bunu hamiləliyin sonunadək davam etdiyini görə bilirik.

5 həftəlik rüşeymin həqiqi şəkli. 

Üzərində insana xas olan heç bir cizgi görünmür. Alimlər bildirirlər ki, heyvanların bir çox növü bu müddətdə belə formada olur. Rüşeym bu müddətdə hələ də insan şəklini almayıb. Qulaq, göz, dəri, ət və sümük hələ də formalaşmayıb.

41 günlük rüşeymdə heç bir insan cizgilərinin olmadığı görünür.
Burada (sağ tərəfdə) rüşeym 44 günlükdür. Artıq insani cizgilər üzə çıxaraq göz və qulaq formalaşmışdır.

47 günlük rüşeymin həqiqi şəkli.

Artıq o, insan surətini almışdır. Qulaq və göz əzalarının formalaşdığı aydın sezilir.

Belə ki rüşeymin iki qulağı, iki gözu və dərisi 6-cı həftənin sonunda formalaşmağa başlayır. Formalaşmış  əzalar 7-ci həftədə daha da aydın görünür. Rüşeymin ürəyi isə 6-cı həftədən etibarən döyünməyə başlayır.

«ELEKTROKARDİOQRAMA İLƏ ÖLÇÜLDÜYÜNƏ GÖRƏ MAYALANMANIN ALTINCI-YEDDİNCİ HƏFTƏLƏRİNDƏ ÜRƏK DƏQİQƏDƏ 40-80 DƏFƏ DÖYÜNMƏYƏ BAŞLAYIR.» («RUGH», SƏH. 53)

Ana bətnində olan körpənin ürək döyüntüsünün səsi

Şəkildə 5 və 8 həftəlik rüşeymin fotosu təqdim olunub.

Hər ikisinin cizgisi, ölçüsü və forması arasında böyük fərq vardır. Alimlər qeyd edirlər ki, rüşeym 6-cı həftənin əvvəllərində, yəni 42 günlük olduqda artıq səsləri seçməyə və onlara reaksiya verməyə başlayır.

«Mayalanmanın 42-ci günündə ilkin reflekslər başlayır.» («Rugh», səh. 47)

Rüşeym 6 həftəlik olduğu zaman artıq insan surətini alır və onun beyni dalğalar yaymağa başlayır.

Həmin dalğaların xüsusi cihazlarla ölçüsünü götürmək mümkündür. Bu proses beyin hüceyrələrinin fəaliyyətinin göstəricisidir. Eyni zamanda bu hadisə rüşeymə ruhun üfürülməsinə dəlalət edən bir işarə də ola bilər. Allah daha yaxşı bilir.

«Mayalanmanın altıncı həftəsində həm üst həm alt dodaq formalaşmağa başlayır.» («Moore», 523)

Həmçinin rüşeymin gözlərinin yaranmasına diqqət edin. Alimlər qeyd edirlər ki, rüşeymin gözləri 42-ci günündə açıq-aydın görünməyə başlayır. (“Moore”, səh. 99)

Bu da Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu sözünün təsdiqidir “…onun qulağını, gözünü, dərisini, ətini və sümüyünü yaradır”.

42-ci günündən sonra isə gözlər və qulaqlar sürətli şəkildə inkişaf etməyə başlayır. Alimlər belə söyləyir: “Gözlər və qulaqlar 7-ci həftədə (yəni 42-ci gündən sonra) sürətli şəkildə inkişaf etməyə başlayır” (“Rugh”, səh. 52)

Ətraflı məlumat üçün bax

Bu onu göstərir ki, 6-cı həftənin sonunda rüşeym artıq insan surətində formalaşaraq inkişaf etməyə başlayır. Bu da qeyd etdiyimiz hədisin daha bir təsdiqidir.

Şəkildə 41 günlük rüşeym əks olunub.

Bu ana qədər onu insana bənzətmək mümkün deyildi. 42-ci günündən sonra isə rüşeymin insan şəklinə düşdüyünü bariz şəkildə görürük. Bunun üçün də sağ tərəfdə 44 günlük rüşeymin necə insan cizgilərini əks etdirdiyi göz önündədir. Hətta, rüşeymdə ayaqların, əllərin və barmaqların belə yavaş-yavaş formalaşmağa başladığını görmək mümkündür.

Bu şəkildə də 41 və 44-cü günlər arasındakı fərqi görmək mümkündür. 44-cü gün rüşeymin insan formasına daha çox yaxın olduğu açıq-aydındır.

Qeyri-müsəlman ölkələrində abortların sayının dəhşətli dərəcədə çoxalmasından sonra bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməyə başlandı. Araşdırma aparan alimlər abortun icazəli olmadığı bir müddət müəyyən etmək istədilər. Onlar araşdırma apararkən 6-cı həftənin sonu və 7-ci həftənin əvvəlində (yəni 42-günlük olduqda) beyinin dalğalar yaymağa başladığını görürlər. Bu da rüşeymdə artıq həyatın başlamasını göstərən bir işarə hesab olunur. Beləliklə, onlar bu müddətdən sonra artıq rüşeymi məhv etməyin icazəli olmadığı fikrini irəli sürürlər.

Bu müddətdə (rüşeym 42 günlük olduğu zaman) beyinin dalğa yaymağa başlaması və ürək döyüntülərinin qeydə alınmasının mümkünlüyü artıq ruhun üfürülməsinə işarədir. Bu da Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözündəki həqiqəti elmi cəhətdən sübut edir.

42 günlük rüşeymin həqiqi ölçüsü. Bu müddət ərzində rüşeym insan halını almağa başlayır. O, çox kiçikdir. Lakin şəkil olaraq tam bir insan sayılır.
Rüşeym dünyaya gəldiyi zaman birbaşa anasının döşünü əmə bilməsi üçün ana bətnində barmağını soraraq öyrənməyə başlayır.

Bunu o uşağa hələ ana bətnində olarkən öyrədən Allah Pak və Müqəddəsdir.
Uca Allah buyurur:

﴿ وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴾

“Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz”. (“ən-Nəhl” surəsi, 78-ci ayə)

Qeyd edilən nüanslar ona gətirib çıxarır ki, 42-ci gündən sonra rüşeymdə köklü dəyişikliklər baş verir. O, insan halını alır. 43-cü gündən etibarən isə beyin dalğalar yaymağa, uşaq isə artıq xarici mühütə reaksiya verməyə, onu hiss etməyə başlayır. Bu da ruhun rüşeymdə həyatın başlamasına səbəb olduğunu göstərir.

Bununla biz görürük ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) günümüzdəki alimləri qabaqlayaraq o zamanlarda heç bir insanın bilməsinin mümkün olmadığı bu məsələni dəqiqliyi ilə 14 əsr bundan öncə öz hədisində bildirmişdir.

Bu məlumatları mütəxəssis bir həkim və inkişaf etmiş cihazlar olmadan öyrənmək qeyri-mümkündür. Bəs Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həkim idimi?! Yoxsa, onun əlində günümüzdəki inkişaf etmiş cihazlar var idi?!

Əlbəttə ki, bütün bunlar onun Allah tərəfindən həqiqi peyğəmbər olmasına böyük bir sübutdur…

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *