“İslamda elə bir xislət var ki, o, xislətlərin ən şərəflisi və əzəmətlisidir...”

Nobel mükafatına layiq görülmüş böyük İngilis filosofu Thomas Karlyle (1795-1881) yazdığı “The Heroes” (“Qəhrəmanlar”) adlı kitabında yaşadığı dövrdə bütün yer üzünə nur olaraq göndərilən Məhəmməd peyğəmbəri (Allahın ona salavat və salamı olsun) inkar edən həmvətənlərinə xitab edərək belə demişdir:

“Bu əsrdə kiminsə İslam dininin yalan olduğuna, Məhəmmədin (Allahın ona salavat və salamı olsun) isə hiyləgər və saxtakar olması iddiasına qulaq verməsi böyük bir eyibdir! Bu kimi yayılan səviyyəsiz və utancverici şayiələrlə mübarizə aparmağın vaxtı çatmışdır. O Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) çatdırdığı risalət 12 əsrdir bizim kimi 200 milyon insan üçün işıq saçan çıraq olmaqda davam edir. Mən isə heç vaxt bu rəyi doğru görə bilmərəm…” (Thomas Karlyle, «The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh. 53)

“Ona görə də biz Məhəmmədi (Allahın ona salavat və salamı olsun) hiyləgər vasitələrlə məqsədinə çatmaq istəyən, yaxud hakimiyyət arzusunda olan yalançı bir şəxs saymırıq. Onun gətirdiyi risalət yalnız haqq, dediyi sözlər isə yalnız doğru danışanın sözləridir. Bütün bunlar ona məchul bir aləmdən (Allah tərəfindən) gəlmişdir. Xeyr, Məhəmməd (Allahın ona salavat və salamı olsun) nə yalançı, nə də fırıldaqçı deyil. O, yalnız dünyanın ürəyindən doğan bir həyat parçasıdır və bütün aləmi öz nuru ilə işıqlandıran bir ulduzdur. Bu Allahın əmridir. Bu, Allahın lütfüdür ki, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. Bu, hər bir batili yox edən və inanmayanların şübhələrini puç edən bir həqiqətdir”. (Thomas Karlyle, «The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh.55)

“Məhəmməddə (Allahın ona salavat və salamı olsun) ən şərəfli davranışlar və ən hörmətə layiq xislətlər görürəm. O, yüksək ağla, sadiq ürəyə malik güclü və dahi bir şəxs idi. Əgər o istəsəydi, ən güclü şair, ən igid cəngavər yaxud ən böyük padşah olardı”. (Thomas Karlyle, «The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh. 76)

“Təkəbbürlü şəxs deyildi və bununla yanaşı özünü aşağı da tutmazdı. Azad və aydın sözü ilə fars padşahlarına və Rum qeysərlərinə xitab edərək onlara bu dünya və axirət həyatı üçün edilməsi vacib olanları çatdırırdı. O, öz dəyərini də bilirdi”. (Thomas Karlyle, «The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh.79)

“Təbiətində riya və özünü göstərmək olmadığı üçün mən Məhəmmədi (Allahın ona salavat və salamı olsun) həqiqətən də sevirəm…” (Thomas Karlyle, «The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh.79)

“İslamda elə bir xislət var ki, o, xislətlərin ən şərəflisi və əzəmətlisidir. O xislət insanlar arasında olan bərabərlikdir. Bu da baxışın ən doğru və rəyin ən dürüst olduğuna dəlalət edir. İnsanlar İslamda bərabərdirlər.

Həmçinin, İslam sədəqə verməyi yaxşı əməl saymaqla kifayətlənməyərək hər bir zəngin müsəlmana zəkatı vacib etmiş və bunu İslamın şərtlərindən saymışdır. Bu şərt insanın malına uyğun olaraq 40-da 1% -ni kasıblara, yoxsullara və zərərçəkmişlərə verməsidir. Allaha and olsun ki, bütün bunlar gözəl şeylərdir. Bu yalnız səhra və quraqlıq oğlu olan Məhəmmədin (Allahın ona salavat və salamı olsun) ürəyindən çıxan insanlıq səsidir. Rəhmət, qardaşlıq və bərabərlik sədasıdır”. (Thomas Karlyle,»The Heroes” (“Qəhrəmanlar”) kitabı, səh. 80)

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *