“Yeməyi soyudun. Həqiqətən də istidə xeyir-bərəkət yoxdur”.

İslam dini bəşər övladının bu dünya və axirətdə xoşbəxt yaşaması üçün beş zəruri prinsiplərin qorunmasını əmr etmişdir. Həmin prinsiplər bunlardır: Din, nəfs (can, sağlamlıq), nəsil, mal və əql. Kim bunları qoruyarsa və hər birinin tələblərini yerinə yetirərsə, hər iki dünyada səadətə qovuşar. Kim əksini edərsə, insani keyfiyyətlərdən uzaqlaşar və sonu bədbəxtlik olar.

Mövzunun adından da aydın olduğu kimi qorunması vacib olan beş prinsipdən biri insanın həm özünün, həm də digərlərinin nəfsini, yəni canını və sağlamlığını qoruyaraq, xətər gətirməməsidir. Bu prinsipin ən xətərlisi insanın həm özünün, həm də digərinin canına qəsd edərək məhv etməsidir. Lakin bundan əlavə insanın özünə və bədəninə zərər verəcəyi elə əməllər də vardır ki, onlardan çəkinməsi də bu prinsipin tələbləridir.

Ona görə də yalnız gözəlliyi əmr edib pisliyi qadağa edən İslam dini olduqca isti və qaynar qidaları qəbul etməyi də qadağa etmişdir.

Cabir ibn Abdullah və Əbu Bəkrin qızı Əsma (Allah onlardan razı olsun) Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət ediblər:

(أبردوا بالطعام، فإن الحار لا بركة فيه)

“Yeməyi soyudun. Həqiqətən də istidə xeyir-bərəkət yoxdur”.

(Hakim, “əl- Mustədrak”, kitabında Müslimin şərtinə uyğun olaraq səhihləşdirmişdir. Həmçinin də Təbərani, “əl-Ovsat” kitabında Əbu Hureyrədən, Əbu Nueym isə “əl-Hilyə” kitabında Ənəsdən nəql etmişdir.)

 Digər bir rəvayətdə deyilir:

(كانت أسماء بنت أبي بكر– رضي الله عنها – إذا صنعت الثريد غطته شيئا حتى يذهب فوره، ثم تقول: إني سمعت رسول الله – صلى الله عليه وسلم – يقول:» إنه أعظم للبركة «)

Əbu Bəkrin qızı Əsma (Allah ondan razı olsun) sərid (ətli, xəmirli sulu yemək) bişirən zaman buxarı gedənə qədər üstünü bir şeylə örtər və deyərdi: “Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişəm:

 “O (yeməyin buxarının getməsi) daha çox xeyir-bərəkətli olur”.

 (İbn Hibban və Hakim rəvayət etmişdir. Albani səhihləşdirmişdir. “əs-Sahihə” hədisin nömrəsi: 392)

Başqa bir rəvayətdə nəql olunur ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Əbu Hureyrə (Allah ondan razı olsun) deyərdi:

(لا يؤكل طعام حتى يذهب بخاره)

“Buxarı getməyənə qədər yemək yeyilməz”.

(Beyhəqi rəvayət etmişdir. Albani səhihləşdirmişdir “əl-İrva”, hədisin nömrəsi: 1978)

Həmçinin digər səhabə olan Əbu Zərdən (Allah ondan razı olsun) də bu mənada rəvayət edilib.

Keçən hədis və rəvayətlərdən aydın olur ki, yeyilən yeməyin, içməyin qaynar olması İslam dinində qadağandır və insan üçün zərərlidir. İstiliyi orta temperaturdan yuxarı olmayan yemək, içmək isə insan üçün faydalı, xeyirli və bərəkətlidir.

Hədislərdə qeyd olunan qidanın buxarının getməsi qidanın istiliyinin tam olaraq soyuması demək deyildir. Əksinə, buxarı getmiş yemək və içki insana kifayət edəcək qədər istilikdə olur. Sadəcə buxarın getməsi ilə zərərli olacaq qaynarlıq aradan qalxır.

TİBBİ ARAŞDIRMALAR VƏ İSTİ QİDANIN ZƏRƏRİ

İnsanın isti qida qəbul edərək qida borusunu yandırması orada xərçəngin yaranmasına gətirib çıxarır.

Qida borusu xərçənginə səbəb olan əməllərin ən başlıcası spirtli içki içmək və siqaret çəkmək sayılır. Lakin 21-ci əsrdə aparılan araşdırmalara əsasən alimlər isti qida qəbulunun da qida borusu xərçənginə səbəb olduğunu aşkarlayıblar.

Amerikanın ən məşhur saytlarından biri olan və tibbi araşdırmalarda son yenilikləri öyrənmək üçün müraciət edilən “Medical News Today” (Bu Günün Tibb Yenilikləri) adlı saytda deyilir:

“Bəzi tədqiqatçılar qeyd edirlər ki, müntəzəm olaraq çox isti mayelərin qəbul edilməsi qida borusunun xərçənginə gətirib çıxara bilər”.

 Ətraflı məlumat üçün bax

Professor, Tibb Elmləri Doktoru, Xərçəng üzrə Epidemioloq və Amerika Xərçəng Cəmiyyətinin Müşahidə Elmi Direktoru Fərhad İslaminin araşdırması barədə İngiltərənin ən məşhur elmi və tibbi saytı olan bmccancer.biomedcentral.com saytında deyilir:

 

“2009-cu ildə İslami və onun əməkdaşlarının apardıqları 59 araşdırmanın nəticəsi olaraq bu araşdırmaların yarısında yüksək istilikli qida məhsulları və içkilərin qəbulunun qida borusu xərçənginin əmələgəlmə riskini artırdığı qənaətinə gəliblər”.

Həmin saytda, həmçinin deyilir:

 

“Nəticə: Qaynar yemək və içəcəklərin qəbulu qida borusunun xərçənginə gətirən böyük risklərdəndir. Bu xüsusilə Asiya və Cənubi Amerika xalqlarında müşahidə olunur. Bu səbəbdən qida borusunun xərçəngi  ehtimalını azaltmaq üçün insanların qidalanmada pəhrizlərini dəyişmələri məqsədəuyğundur”.

Bu məqalənin sonunda isə deyilir:

“Bu nəticəyə 42475 nəfər iştirakçıdan 13811 insanda aşkarlanmasına əsasən gəlinib”.

Ətraflı məlumat üçün bax

Həmçinin ABŞ-ın Xərçəng Cəmiyyətinin cancer.org adlı məşhur saytında başlıq olaraq deyilir:

“Ümumdünya Səhiyyə Təşkilatı çox isti içkilərin xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcəyi qənaətinə gəlmişdir”.

Ətraflı məlumat üçün bax

livescience.com saytı qida borusu xərçənginin yaranma səbəbi barədə deyir:

“Boğaz yanıqları: Hesabata əsasən kofe, çay və digər isti içkilər son hədd temperaturda və ya ondan aşağı temperaturda qida borusunu yandıra bilər ki, bu xərçəngin əmələ gəlməsinə səbəb ola bilər.

Selmonun (Texas Universitetindəki MD Anderson Xərçəng Mərkəzinin mütəxəssisi Adriana Selmon) sözlərinə görə, isti içkilərin səbəb olduğu bu cür yanıqlar qida borusunun hüceyrələrini zədələyə bilər. Onun dediyinə görə, isti içkilərlə xərçəng arasında olan bu əlaqə dünyada 8-ci yerdə olan alkoqol qəbulu ilə qida borusunun xərçəngi arasında olan əlaqə ilə eynilik təşkil edir.

Selmon “Live Science”-a belə deyir: “Misal üçün alkoqol texniki olaraq boğazı və qida borusu hüceyrələrini zədələdiyi üçün xərçəngin inkişafı ilə əlaqəli riskin yüksək olması ilə bağlıdır. Həddindən artıq isti olan şey də potensial olaraq zərər verə bilər”.

Ətraflı məlumat üçün bax

Sağlam və isti qidadan xəstələnən qida borusunun fotosu

Ətraflı məlumat üçün bax

İsti qidanın zərərinin ciddiliyini alimlər 21-ci əsrdə kəşf edib bəyan etsələr də bu təhlükəli əməldən artıq 14 əsr öncə Allah-Təala tərəfindən aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizləri çəkindirmişdir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *