“Allahın elçisi (Allahın ona salavat və salamı olsun) gecəyarısı, yaxud gecəyarıdan əvvəl və ya bir az sonra oyanaraq iki əlini üzünə çəkib yuxunu üzündən sildi.

Yuxudan oyandıqdan sonra gümrah və sağlam olmaq üçün bir neçə faydalı əməl var. Bu əməllərdən biri əli üzə sürtərək üzü masaj etməkdir.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) deyir:

نام رسولُ اللهِ صلَّى اللهُ عليه وسلَّم حتَّى إذا انتصف اللَّيلُ أو قبْلَه أو بعدَه بقليلٍ استيقَظ رسولُ اللهِ صلَّى اللهُ عليه وسلَّم يمسَحُ النَّومَ عن وَجْهِهِ بِيَديْهِ ثمَّ قرَأ العشْرَ آياتٍ الخواتمَ مِن سورةِ آلِ عِمرانَ ثمَّ قام إلى شَنٍّ معلَّقةٍ فتوضَّأ منها فأحسَن الوضوءَ ثمَّ قام يُصلِّي…

“Allahın elçisi (Allahın ona salavat və salamı olsun) gecəyarısı, yaxud gecəyarıdan əvvəl və ya bir az sonra oyanaraq iki əlini üzünə çəkib yuxunu üzündən sildi. “Əli İmran” surəsinin son on ayələrini oxuduqdan sonra qalxıb asılmış qabdan gözəl şəkildə dəstəmaz alaraq namaz qılmağa başladı…” (Buxari, Müslim, Əbu Davud, Əhməd, İbn Hibban və digərləri rəvayət etmişlər. Hədisin bu ləfzi İbn Hibbandadır.)

İslam alimləri söyləyirlər ki, yuxudan oyanarkən əl ilə üzü ovxalamaq sünnə sayılır. Lakin bu sünnəni günümüzdə bilməyən insanlar az deyildir.

Mütəxəssislərin fikrincə yuxudan oyandıqdan sonra dərhal üzü ovxalamaq dəriyə təravət verir. Dəri təbəqəsinin üzərindəki qan hüceyrələrini fəallaşdırır və insan sağlamlığına müsbət təsir edir. Bununla da insan gününün rahat və gözəl keçməsi ilə zövq alır.

Üzü və xüsusən də alını ovxalamaq beyində olan güc mərkəzlərini aktivləşdirir. İnsan yuxudan qalxdığı zaman beynində sanki yorğunluq olur və bunu aradan qaldırmaq üçün yuxudan oyandıqdan dərhal sonra əl ilə üzü ovxalayaraq masaj etmək lazımdır.

Amerikanın mütəxəssis həkimləri tərəfindən sağlamlıqla məşğul olan məşhur və böyük oxucu kütləsinə malik prevention.com saytında yuxudan oyanarkən su içmək, bir neçə dəqiqə günəşli hava qəbul etmək kimi tövsiyələrlə yanaşı, üzü masaj etmək barədə belə qeyd edilmişdir:

“Kolorado ştatının Vail şəhərində yerləşən Aria Spa və Klubunun baş meneceri Maggy Danfi deyib:

Üz masajı etmək qan dövranını gücləndirməklə bərabər yuxudan oyanmağın ən yaxşı vasitələrindən biri hesab olunur”.

Belə ki, alından başlayaraq çənədə bitmək şərtilə barmaq uclarınızı üzünüzün hər tərəfinə dəyirmi və yumşaq formada toxundurun. Bu zaman toxunduğunuz yerlərdə qan dövranı və toxumaların hərəkət intensivliyi artır. Eyni zamanda bu hərəkət sizə sağlam bir parıltı bəxş edir”.

Yuxudan oyanarkən üzü masaj edərək ovxalamağın faydalı olduğunu alimlər XXI əsrdə öyrənə biliblər. Lakin 1440 il bundan öncə belə etməyin faydalı olduğunu bizə öz əməli ilə Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) göstərmişdir.

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *