"Mən bunları öyrəndikdən sonra heyrətə gəldim"

Professor Artur Elison Britaniyanın London Universitetinin Elektrotexnika fakultəsinin müəllimi olub. Alim Britaniya Psixologiya və Mənəvi Araşdırmalar cəmiyyətinin prezidenti vəzifəsində də çalışıb.

Bir gün professor insanın sağ ikən və öldükdən sonra çəkisinin eyni olub-olmadığı barəsində araşdırma aparmaq qərarına gəlir. Eksperiment aparmaq üçün könüllülər dəstəsi yığmaq haqda elan etsə də heç kəs onun elanına cavab vermir.

Bu vaxt tələbələrindən olan müsəlman doktor ona bu eksperimenti diri insanlar üzərində aparmağı təklif edir. Belə ki tələbə, bir insanın çəkisini əvvəlcə oyaq vaxtı, sonra isə yatdığı zaman ölçmək fikrini professora bildirir. Lakin bu təklif alimə qəribə gəldiyindən razılaşmır. Tələbə israr edərək ona Quranda yuxunun ölümə bənzədildiyini və buna görə də bu eksperimentin ölülər üzərində aparılacaq eksperiment ilə eyni olacağını söyləyir. Sonra isə tələbə professora bu ayəni oxuyur:

﴿ اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ فَيُمْسِكُ الَّتِي قَضَىٰ عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَىٰ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ ﴾

“Allah əcəli çatanların canını (ruhunu) ölüm anında, əcəli çatmayanların canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək qaytarır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır”. (“əz-Zumər” surəsi, 42-ci ayə)

Artur Elison buna inanmasa da Quranda gələn bu ayənin doğruluğunu yoxlamaq qərarına gəlir. O, alınan nəticə qarşısında heyrətlənir. Çünki nəticə yuxu ilə ölümün oxşar hallar olduğunu göstərir. Həm yuxu, həm də ölüm zamanı ruh bədəndən çıxır. Yuxudan oyandıqda ruh bədənə qaytarılır, amma ölüm zamanı isə belə deyil.

Gəlin İslamı qəbul etmiş Artur (Abdullah) Elisonun İslam barəsində təəssüratlarını öz dilindən dinləyək.

Mən, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Onun elçisi olduğuna şahidlik edirəm.

Əs-Sələmu Aleykum!

Aparıcı:

-İslam ilə elmin əlaqəsini necə aşkar etdiniz?

Artur:

-Mən bunları öyrəndikdən sonra heyrətə gəldim. Bildiyiniz kimi, Qərb ölkələrində İslam barəsində çox az bilirik. Heç kəs orada Quran və hədisləri oxumur. Mən elə güman edirəm ki, Qərb ölkələrində bəzi dinlərin etdiyi kimi İslam aləmi öz nurunu ətrafa lazımı şəkildə yaymayıb.

Uzun zaman sonra Quran və hədislərin içərisində elmi işarələrin olduğunu öyrəndiyim zaman həqiqətən təəccübləndim. Hətta, Doktor Yəhyanın oxuduğu ayədə psixologiya elminə aid işarələrin olduğunu gördükdə daha çox təsirləndim.

“Allah əcəli çatanların canını (ruhunu) ölüm anında, əcəli çatmayanların canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək qaytarır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır”. (“əz-Zumər” surəsi, 42-ci ayə)

Həmçinin, digər Qərb alimlərinin embriologiya, geologiya, Yer elmi və bəzi tibbi məsələlər haqqında dəqiq məlumatlar aşkar etdiklərini dinlədiyim zaman da çaşqınlıq içərisindəydim.

Toronto Universiteti, embriologiya və anatomiya alimi, professor Keyt Mur (Keith Moore):

“Həqiqətən də Quranda zikr olunan rüşeymin inkişaf mərhələsi müsəlman tələbələrə rüşeym elmi barəsində öyrəndikləri zaman o məlumatlara qayıtmaları lazımdır. Çünki Quranda rüşeymin inkişafı barəsində zikr olunan məlumatlar müasir embriologiya elmi ilə üst-üstə düşür. Həmçinin, bu inkişafı izah edərkən Quran mənbələrinə qayıtmaq ginekologiyada olan həkimlərə yardım edəcəkdir”.

Bu kəşflərin bəziləri yalnız XX əsrdə öz həqiqətini tapmağa başlayıb. Quranın nazil olmasının 14 əsr bundan öncəyə qayıtdığına baxdıqda bu Kitabın kim tərəfindən nazil olduğunu soruşaraq heyrətim daha da böyüyürdü.

Toronto Universiteti, embriologiya və anatomiya alimi, professor Keyt Mur (Keith Moore):

“Milad təqvimi ilə VII əsrdə Məhəmmədin (Allahın ona salavat və salamı olsun) rüşeymin inkişafı barəsindəki həqiqətləri bilməsi mümkün deyildi! Çünki onların əksəriyyəti yalnız XX əsrdə kəşf edilmişdir. Buna görə də müsəlmanların və qeyrilərinin bu həqiqətləri tək olan Allahın nazil etdiyinə etiqad etmələri haqlı yerədir. Hansı ki O Allah bizim haqda hər şeyi bilir. Təkcə yaradılış mərhələmizi deyil, yaşam tərzimizi belə bilir”.

 

Şərh əlavə et

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *