Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır.

Həqiqətən də ağıl sahibləri dərk edir ki, füsunkar kainatın, səmanın, ulduzların, Günəşin, Ayın, Yerin, orada olan heyrətamiz bitkilərin, bir-birindən gözəl çiçəklərin, meyvələrin, heyvanların və Yer üzündəki məxluqatın ən hörmətlisi olan insanların yaradılması təsadüfi deyildir. Əksinə bütün bunları sonsuz elm sahibi olan Uca Allah yaratmışdır. Lakin xırda bir şeyin öz-özünə yarana bilmədiyini düşünən bəzilərinin belə bir əzəmətli kainatın yaradan olmadan öz-özünə yaranmasını demələri əlbəttə ki, çox qəribədir. Əgər hər hansı bir nəyisə istehsal edən zavodun mütləq olaraq elmli şəxs tərəfindən bina edildiyinə inanırıqsa, bəs misilsiz zavodlarla dolu insan bədəninin öz-özünə deyil Uca Allah tərəfindən yaradıldığına necə inanmayaq?

Uca Allah buyurmuşdur:

﴿ وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ.. وَفِي أَنْفُسِكُم أَفَلَا تُبْصِرُونَ ﴾

“Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?”

(“əz-Zəriyət” surəsi, 20 və 21-ci ayələr)

şərhlər

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

  • Həqiqətən də ağıl sahibləri dərk edir ki, füsnkar kainatın, səmanın, ulduzların, Günəşin, Ayın, Yerin, orada olan heyrətamiz bitkilərin, bir-birindən gözəl çiçəklərin, meyvələrin, heyvanların və Yer üzündəki məxluqatın ən hörmətlisi olan insanların yaradılması təsadüfi deyildir
    Bu cümlədə füsnkar sözündə u buraxılmışdır-füsunkar olmalıdır.

  • Allah razı olsun su saytda eziyyəti olanlardan. Allah təşəkkürünüzü,elminizi artırsın.